Quantcast
Channel: 10 Most Recently Updated Pages
Viewing all 238 articles
Browse latest View live

İranla İKT sahəsində əməkdaşlıq müzakirə olunub

$
0
0

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində  İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

Görüşdə sərhədyanı ərazilərdə radio tezliklərin tənzimlənməsi, kibertəhlükəsizlik,  peyk xidmətləri, mobil rabitə, poçt və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

 

Qonaqları salamlayan rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Mahmud Vaezini Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafı üçün gördüyü işlərə görə Azərbaycanın yüksək dövlət mükafatı olan “Dostluq” ordeni ilə təltif olunmağı münasibəti ilə təbrik edib.

 

Nazir Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında rabitə və yüksək texnologiyalar sektorunun xüsusi rolunu qeyd edib.

 

Səmimi təbrikə görə minnətdarlığını ifadə edən Mahmud Vaezi  ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yüksək potensialın olduğunu bildirib.  

 

Görüş çərçivəsində müzakirə olunan məsələlərin icrası ilə bağlı müvafiq sənədin hazırlanması üçün birgə işçi qrupun yaradılması qərara alınıb.  

 


Ölkəmiz "TİBO-2016" Beynəlxalq İnformasiya-Kommunikasiya Sərgi-Forumunda təmsil olunub

$
0
0

 

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə dövlət, özəl və qeyri-hökumət təşkilatlarından ibarət 40-a yaxın Azərbaycan nümayəndə heyəti Belarus Respublikasının Minsk şəhərində cari ilin 19-22 aprel tarixlərində keçirilən "TİBO-2016" Beynəlxalq İnformasiya-Kommunikasiya Sərgi-Forumunda iştirak edib.

 

Qeyd edək ki, 23-cü dəfə təşkil olunan "TİBO-2016" ixtisaslaşmış sərgisi Müstəqil Dövlətlər Birliyi və Baltikyanı ölkələrin ən böyük İKT tədbirlərindən biri hesab olunur.

 

Tədbirin açılış mərasimində Belarus Respublikasının baş nazirinin müavini Anatoli Kalinin, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Zhao, Regional Rabitə Birliyinin direktoru Nuruddin Muxitdinov, Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri Sergey Popkov, Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, eləcə də, digər ölkələrin sahə üzrə rəhbər şəxsləri iştirak edib.

 

Sərgidə təşkil olunan VİP-tur çərçivəsində rəsmi şəxslər Azərbaycan Milli Pavilyonuna baş çəkib, ölkəmizin İKT sahəsində əldə etdiyi yeniliklərlə yaxından tanış olublar.

 

Bundan başqa, sərgi çərçivəsində Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Belarus Respublikasının Rabitə və İnformasiyalaşdırma Nazirliyi arasında hər iki ölkənin informasiya texnologiyaları üzrə şirkətlərinin iştirakı ilə3-cü Belarus-Azərbaycan informasiya-kommunikasiya texnologiyaları (İKT) Forumu keçirilib

Nazir Şamaxıda vətəndaşları qəbul edəcək

$
0
0

 

 

 Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə  05 may 2016-cı il tarixdə saat 1200 -da Şamaxı şəhərində  Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarında  yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

 

Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

 

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

 

Şamaxı rayonunda                02026 51466

 

Qobustan rayonunda            02024 52330

 

Ağsu rayonunda                    02022 65099

 

İsmayıllı rayonunda               02028 54444

 

 

nömrəli telefonlara zəng etmələri xahiş olunur.

 

 

 

Bakıda Avropa Nüvə Tədqiqatları Mərkəzinin toplantısı keçirilir

$
0
0

 

 

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) birgə təşkilatçılığı ilə Bakıda ilk dəfə CERN təcrübəsinin toplantısı keçirilir.

 

5 gün davam edəcək NA61/SHINE və NA49 təcrübələrinin kolaborasiya toplantısında CERN üzvləri, o cümlədən Azərbaycan, Amerika, Rusiya,  Almaniya, Fransa, İsveçrə, Polşa və digər Avropa ölkələrinin alimləri iştirak edirlər.

 

 

Beynəlxalq konfrans CERN-də fəaliyyət göstərən “NA61/SHİNE” təcrübəsinə eləcə də “NA49” təcrübəsində toplanmış məlumatların analizinə həsr edilib.

 

Konfransın gedişatında aparılan təcrübələr haqda geniş məlumat veriləcək, son elmi nəticələr müzakirə ediləcəkdir.

 

Bu istiqamətdə aparılan müzakirələrdən sonra gələcək elmi nəticələrin nəşr olunması ilə bağlı qərarlar qəbul ediləcəkdir.

 

 

Konfransın ilk günündə iştirakçılara Azərbaycanda yüksək texnologiyalar sahəsinin inkişafı üzrə həyata keçirilən islahatlar, o cümlədən nüvə texnologiyalarından dinc məqsədlərlə istifadəsi üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılmış “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri, perspektiv planları haqda ətraflı məlumat verilib.

 

Qeyd edilib ki, Milli Nüvə Tədqiqatları Mərkəzinin yeni yaranmasına baxmayaraq, bu sahədə əvvəlki illərdə kifayət qədər təcrübə qazanmış Azərbaycan hazırda CERN, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və digər qurumlarla əməkdaşlıq edir.

 

 

Azərbaycan nümayəndə heyəti İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin Forumunda iştirak edir

$
0
0

 

Cari ilin 2-6 may tarixlərində Cenevrədə (İsveçrə) “WSIS -2016” - İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin (World  Summit on the Information Society) Forumu öz işinə başlayıb.

 

Tədbirin təşkilatçıları qismində BMT-nin bir sıra təsisatları, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Ticarət və İnkişaf üzrə Konfransı  (UNCTAD ), İnkişaf Proqramı (UNDP), Təhsil, Elm və Mədəniyyət Təşkilatı ( UNESCO) çıxış edir.

 

İnformasiya-kommunikasiya texnologiyaları sahəsində dünyanın ən böyük illik yığıncağı olan “WSIS -2016”-da Azərbaycan nümayəndə heyəti də iştirak edir.

 

Tədbir çərçivəsində keçirilən yüksək səviyyəli görüşdə - Nazirlər Toplantısında Azərbaycan nümayəndə heyətinin çıxışı, həmçinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

 

 

Bakıda ÜPİ-nin “Avropa və MDB ölkələrində keyfiyyətin yaxşılaşdırılması və loqistika şəbəkəsinin təkmilləşdirilməsi” adlı yekun seminarı keçirilir

$
0
0

 

Ümumdünya Poçt İttifaqının dəstəyi (ÜPİ), Regional Rabitə Birliyi (RRB) və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Bakıda ÜPİ-nin “Avropa və MDB ölkələrində keyfiyyətin yaxşılaşdırılması və loqistika şəbəkəsinin təkmilləşdirilməsi” adlı yekun seminarı keçirilir.

 

Seminar Ümumdünya Poçt İttifaqının Strateji regional layihəsi çərçivəsində reallaşır.

 

Tədbirdə ÜPİ-nin ekspertləri və Regional Rabitə Birliyinə üzv ölkələrin sahə üzrə səlahiyyətli nümayəndələri iştirak edirlər.

 

Xidmətin keyfiyyəti, etibarlılığı və poçt şəbəkələrinin effektivliyinin artırılmasına həsr olunan seminarda RRB üzvü olan ölkələrdə fəaliyyət planının icrası, həyata keçirilən tədbirlərin analizi, məhsulların təkmilləşdirilməsi, təcrübə mübadiləsi, eləcə də fəaliyyət planı üzrə atılacaq növbəti addımlar müzakirə olunur.

 

Tədbirdə Avropa və MDB ölkələri üçün ÜPİ-nin regional layihələrinin koordinatoru Yuri Spiriev və ÜPİ-nin baş eksperti Yan Boynanski keyfiyyətin yaxşılaşdırılması və loqistika şəbəkəsinin təkmilləşdirilməsi üzrə Avropa və MDB ölkələrindəki vəziyyət, layihə çərçivəsində əldə olunan nəticələr haqda hesabatla çıxış ediblər.

 

Daha sonra poçt sahəsi üzrə təyin olunmuş operatorların, o cümlədən, Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Tacikistan və digər ölkələrin poçt sektorunda layihə üzrə əldə olunan əsas göstəriciləri əks etdirən təqdimatlar dinlənilib.

 

Seminar fəaliyyətini mayın 5-də yekunlaşdıracaq.

 

6 may tarixində isə Regional Rabitə Birliyinin Poçt Rabitəsi üzrə Komissiyası və Poçt Rabitəsi Operatorlar Şurasının 41/30-cu birgə iclası keçiriləcək.

 

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Poçt sektorunun müdiri Novruz Məmmədovun sədri olduğu RRB-nin Poçt Rabitəsi üzrə Komissiyası və Poçt Rabitəsi Operatorlar Şurasının birgə iclasında gündəlikdə bir sıra məsələlər yer alıb.

 

Müzakirə olunacaq məsələlərə ÜPİ-nin 25-ci Konqresinin qərarlarının yerinə yetirilməsi üzrə Tədbirlər Planının icra vəziyyəti, ÜPİ-nin 26-cı İstanbul Konqresinə hazırlanmış Ümumi təkliflərin müzakirəsi,  RRB-nin İşçi qruplarının hesabatlarının dinlənilməsi, RRB-nin 25 illiyinin qeyd edilməsi ilə bağlı hazırlıq və digər məsələlər daxildir. 

Rabitə və yüksək texnologiyalar naziri Şamaxıda vətəndaşlarla görüşüb

$
0
0

 

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

 

Mayın 5-də rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşlarla görüşüb. 

 

Qəbulda telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı müraciətlər üstünlük təşkil edib.

 

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.

 

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.  

 

Nazir R.Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

News Title


Rabitəçilər ağacəkmə aksiyasında iştirak edib

$
0
0

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi ilə birgə Bakı şəhərinin ətraf ərazilərində ağacəkmə aksiyası keçirib.

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar olaraq keçirilən aksiya çərçivəsində minlərlə müxtəlif növ ağac əkilib.

 

Bu cür aksiyaların keçirilməsində məqsəd ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.


Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin regionlarda fəaliyyət göstərən müəssisələri də  yaşıllaşdırma və abadlıq işləri aparıb.   

17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə bağlı tədbir barədə PRESS-RELİZ

$
0
0

 

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  ADA Universiteti ilə birgə  17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr edilmiş  tədbir keçirib.  

 

Bu günün qeyd olunmasının əsas məqsədi informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin cəmiyyətlərə və ölkələrə verdiyi imkanlar barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək etməkdən ibarətdir.

 

Məlum olduğu kimi, hər il dünyada 17 may ilə  əlaqədar silsilə tədbirlər təşkil olunur və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən elan edilən müvafiq mövzu ətrafında geniş fikir mübadiləsi aparılır.

 

Cari ildə Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün mövzusu “Sosial inkişaf üçün İKT sahibkarlığı”dır.

 

Tədbiri giriş sözü ilə Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə açaraq bu günün əhəmiyyəti, İKT-nin cəmiyyətdə rolu, iqtisadi və sosial  inkişafa təsiri barədə məlumat verib, ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb.

 

Sonra tədbir iştirakçılarına BTİ-nin Baş katibi Houlin Zhaonun videomüraciəti təqdim edilib.    

 

Tədbir  “Sosial inkişaf üçün  İKT sahibkarlığı” mövzusunda  panel ilə davam etdirilib.

 

Paneldə İKT sahibkarlığının inkişafı, bu məqsədlə dövlət tərəfindən yaradılmış şərait, texnoloji parkların formalaşdırılması və inkişafı barədə geniş müzakirələr aparılıb.

 

Çıxış edən “StartUp”çılar və panel nümayəndələri ölkəmizdə “StartUp” hərəkatının genişlənməsi, innovativ ideyaların  dəstəklənməsinin vacibliyini vurğulayaraq bu sahədə  elm və təhsil müəssisələrinin rolunu da qeyd ediblər. İnformasiya texnologiyaları üzrə yüksəkixtisaslı kadr hazırlığının vacibliyi vurğulanıb və bu sahədə təcrübə bölüşülüb. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Sonra 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın qaliblərini  mükafatlandırma mərasimi keçirilib.

 

Artıq 10 ildir ki,  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası"nın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsidir.

 

Bu olimpiadaya digər illərdən fərqli olaraq  çox sayda iştirakçı qatılıb. Bakı şəhərində yerləşən universitetlərlə yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələri, o cümlədən Naxçıvan, Gəncə, Mingəçevir, Sumqayıt Dövlət universitetlərinin, Azərbaycan Texnologiya Universitetinin tələbələrindən ibarət, ümumilikdə 22 ali təhsil müəssisəsindən 55 komanda olimpiadada iştirak edib. Olimpiada mövcud qaydalara əsasən iki mərhələdə keçirilib. 13 ali təhsil müəssisəsindən ən yaxşı nəticə göstərən 13 komanda olimpiadanın final mərhələsinə vəsiqə qazanıb.

 

Nəticələrə əsasən, Qafqaz Universitetinin komandası 1-ci, Bakı Ali Neft Məktəbinin komandası 2-ci, eyni xal toplamış Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinin komandaları 3-cü yer, Milli Aviasiya Akademiyasının və ADA Universitetinin komandaları isə 4-cü yeri tutmuşlar. Region komandaları arasında ən yaxşı nəticəni Azərbaycan Dövlət Aqrar Universitetinin komandası göstərib.

 

Qaliblər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və diplomlarla, habelə tutduqları yerə uyğun olaraq “HP”, “Azerfon” və “Caspian Telekom” şirkətləri tərəfindən qiymətli hədiyyələr ilə  mükafatlandırılıb.

 

Təhsil nazirinin müavini Firudin Qurbanov da tədbirdə iştirak edib və çıxışında belə olimpiadaların tələbələrin öz biliklərini və bacarıqlarını nümayiş etdirməyə, ölkəmizin kadr hazırlığına töhfə verdiyini söyləyib.

 

Tədbirdə Qafqaz Universiteti bu illər ərzində olimpiadanın keçirilməsində göstərdiyi dəstəyə görə Fəxri diplomla təltif edilib.

Beynəlxalq Avtomat Telefon Stansiyasında baş verən texniki nasazlıq aradan qaldırılıb

$
0
0

 

Bu gün günorta saatlarında “Aztelekom” MMC Beynəlxalq Stansiyasında   yaranmış texniki nasazlıq mütəxəssislər tərəfindən aradan qaldırılıb. Belə ki, kanallarda yaranmış problem bu saatlarda abunəçilər tərəfindən zəng etmə cəhdlərinin çox olması xətlərin yüklənməsinə səbəb olmuşdur.

 

Bu cür problemlərin gələcəkdə baş verməməsi üçün hazırda IP əsaslı multimedia platforması üzərində iki müasir beynəlxalq stansiya qurulur.

 

Ən son texniki imkanlara malik olan stansiyalar paralel işləməklə yanaşı, hər hansı problem yarandığı təqdirdə  həmin stansiyalardan biri digərinin trafik yükünü tam şəkildə ödəyə biləcək.

 

Mövcud olan hazırki stansiya isə üçüncü stansiya kimi fəaliyyətini davam etdirəcək.  

 

Bakıda “İnformasiya təhlükəsizliyinin inkişaf istiqamətləri” mövzusunda seminar keçirilib

$
0
0

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), Britaniya Standartlar İnstitutu və “Advanced Quality Solutions Group”-un (“AQS Group”) birgə təşkilatçılığı ilə Bakıda “İnformasiya təhlükəsizliyinin inkişaf istiqamətləri” mövzusunda seminar keçirilib. Seminarda nazirliklər, dövlət komitə və agentlikləri, həmçinin özəl sektorda fəaliyyət göstərən müəssisələrin informasiya təhlükəsizliyi üzrə məsul nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş nitqi ilə açan rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Azərbaycanda informasiya təhlükəsizliyi istiqamətində aparılan işlər, RYTN tərəfindən həyata keçirilən tədbirlər, beynəlxalq standartlaşdırmanın mahiyyəti, sahə üzrə sertifikatlaşdırmanın üstünlükləri və s. haqda məlumat verib.

 

Daha sonra tədbirdə “Beynəlxalq standartlaşdırma və təşkilatın davamlılıq konsepsiyasında Britaniya Standartlar İnstitutunun rolu”, “Milli e-məkanda informasiya təhlükəsizliyinin idarəedilməsi üçün yol xəritəsinin tezisləri”, “Azərbaycan Respublikasının Vergilər Nazirliyində İnformasiya Təhlükəsizliyinin İdarəolunması Sisteminin tətbiqi və üstünlükləri”, “İnformasiya təhlükəsizliyi insidentlərinin idarəedilməsində İSO 27001-in rolu”, “İnformasiya təhlükəsizliyi üzrə ixtisaslar. Ali təhsil” mövzularında çıxışlar dinlənilib.

 

Seminar informasiya təhlükəsizliyi mövzusu ətrafında aparılan müzakirələrlə yekunlaşıb.  

 

Rusiya ilə rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq müzakirə edilib

$
0
0

 

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən Regional Rabitə Birliyinin növbəti iclasları çərçivəsində Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov ilə görüşüb.

 

Tərəflər rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında saziş layihəsi ətrafında, eləcə də, iki ölkə arasında informasiya texnologiyaları, poçt rabitəsi və informasiya təhlükəsizliyi sahəsində müzakirələr aparıblar.

 

Bu görüşün Rusiya Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında əməkdaşlıq əlaqələrinin, informasiya-kommunikasiya texnologiyaları sahəsində Rusiya-Azərbaycan münasibətlərinin inkişafına əlavə impuls verəcəyi bildirilib.

 

Nikolay Nikiforov bildirib ki, 2016-cı ilin yanvarından Ramin Quluzadənin nazir vəzifəsinə təyin olunması ilə iki nazirlik arasında əməkdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyub.

 

Nazir Ramin Quluzadə sahə üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin və təcrübə mübadiləsinin genişləndirilməsinin faydalı olacağını qeyd edib. 

Bakıda Ümumdünya Poçt İttifaqının Xidmət Keyfiyyəti Fondu üzrə Qəyyumlar Şurasının iclası keçirilir

$
0
0

 

Ümumdünya Poçt İttifaqının (ÜPİ)  təşkilatçılığı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) dəstəyi ilə Bakıda ÜPİ-nin Xidmət Keyfiyyəti Fondu (Quality of Service Fund – QSF) üzrə Qəyyumlar Şurasının (Board of Trustees – BoT) iclası keçirilir.

 

İclas iştirakçılarını Azərbaycan  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından salamlayan RYTN-in Poçt sektorunun müdiri Novruz Məmmədov ölkəmizdə poçt sahəsinin inkişafı və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən islahatlar, icra edilən layihələr, poçt qanunvericiliyi və digər məsələlər haqda məlumat verib.

 

Məlumat verilib ki, Ümumdünya Poçt İttifaqı ilə əməkdaşlıq çərçivəsində indiyədək 8 layihə həyata keçirilib. Bu layihələrə poçt yüklərinin daşınması üçün avtomaşın, müxtəlif çeşidli skaner, printer, izləmə sistemi avadanlıqlarının  alınaraq  poçt şəbəkəsində istismara verilməsi daxildir.

 

İclasda Regional Rabitə Birliyinin Poçt Rabitəsi üzrə Komissiyası və Poçt Rabitəsi Operatorlar Şurası adından müvafiq tövsiyələr səsləndirilərək, QSF tərəfindən reallaşdırılan layihələrin xüsusən inkişaf etməkdə olan ölkələrə töhfə verməkdə olduğunu, layihələrin bundan sonra da davam etdirilməsinin zərurilyi vurğulanıb.

 

Öz növbəsində QSF üzrə Qəyyumlar Şurasının sədri İzabel Tavares 20 sentyabr-7 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək XXVI Ümumdünya Poçt Konqresindən söz açaraq, QSF-nin gələcək fəaliyyətinin də  məhz bu konqresdə müzakirə olunacağını qeyd edib.

 

Xanım Tavares Xidmət Keyfiyyəti Fondunun növbəti illərdə işini daha fəal və müsbət istiqamət üzrə davam etdirəcəyinə əminliyini ifadə edib.

 

Qeyd edək ki, üç gün davam edəcək iclas Azərbaycanda ilk dəfə keçirilir.

 

Dünyanın bütün coğrafi regionlarını təmsil edən və 9 ölkə nümayəndəsindən ibarət ÜPİ-nin Qəyyumlar Şurasında, dünya ölkələrinin poçt xidməti keyfiyyətinin yüksəldilməsi üzrə ÜPİ-yə təqdim etdikləri layihələrə baxılaraq müzakirələrdən sonra təsdiqlənir, onların icrasına nəzarət həyata keçirilir, icranın nəticələrinə görə müvafiq qiymətləndirmə işləri yerinə yetirilir.

 

Sözügedən 9 ölkədən (ABŞ, Avstraliya, Portuqaliya, İsveçrə, Misir, Hindistan, Nigeriya, Çili) biri də Azərbaycandır. Azərbaycan Şurada Şərqi Avropa və Simali Asiya regionunu təmsil edir.

 

Ölkəmiz bu vacib orqanın üzvü olmaqla, milli poçt üçün bir sıra əhəmiyyətli layihələrin hazırlanması və maliyyələşməsi istiqamətində əhəmiyyətli imkanlar əldə etmiş sayılır. 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən nəşr edilən marka İtaliyada “Ayın ən orijinal markası” seçilib

$
0
0

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən nəşr edilən “Şahmat üzrə Dünya Kuboku. Bakı-2015” adlı marka İtaliyada “Ayın ən orijinal markası” seçilib.

 

Qalib “L'arte del francobollo” jurnalının  “UNIFICATO” adlı “Facebook” səhifəsində şəbəkə istifadəçiləri tərəfindən aparılan səsvermə nəticəsində müəyyənləşib.

 

“Aprel 2011 - aprel 2016: incəsənətin çapı ilə beş il” adı altında redaksiya tərəfindən sosial şəbəkədə aparılan müsabiqə zamanı əsas kriterilər ən keyfiyyətli və orijinal markanın müəyyən edilməsi ilə bağlı olub.

 

Səsvermənin nəticələri ilk olaraq, jurnalın “Facebook” səhifəsində yerləşdirilib. 

 

Qeyd edək ki, 10 sentyabr - 5 oktyabr 2015-ci il tarixlərində Bakıda keçirilmiş Şahmat üzrə Dünya Kuboku yarışlarına həsr olunan markanın “Ayın ən orijinal markası” seçilməsi ilə bağlı məqalənin tam mətni “UNIFICATO” səhifəsi ilə yanaşı, jurnalın aprel sayında (l'arte del francobollo 57 aprile 2016) da yer alıb.

 

Məqalədə markanın planeti ideal təsvir etdiyi, həmçinin Qədim Bakıda yerləşən və Dünya kubokuna ev sahibliyi edən “Qız qalası”nın ətrafında dünyanın digər tarixi abidələrinin - İtaliyanın “Piza qülləsi”, Fransanın “Eyfel qülləsi”, Londonun “Biq Ben”-i, Rusiyanın Kreml qülləsi, Hindistanın “Ranqanatxi” məbədi, ABŞ-ın “Azadlıq heykəli”nin yer alması da vurğulanır.  

 

Məlumat üçün bildirək ki, “Şahmat üzrə Dünya Kuboku. Bakı-2015” adlı markanın rəssamı Xasay Mirzəyevdir. Ofset üsulu ilə çap edilmiş markanın tirajı 5 min olub. 


Azərbaycan nümayəndə heyəti Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının işində iştirak edir

$
0
0

 

 

Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının növbəti sessiyası işə başlayıb.

 

Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərliyi ilə nümayəndə heyəti sessiyanın işində iştirak edir.

 

BTİ-nin ali idarəetmə orqanı olan Şuranın iyunun 2-dək davam edəcək sessiyasında qurumun gələn il üçün fəaliyyətinin təşkili, həmçinin telekommunikasiya sahəsi üzrə indiyədək qəbul edilmiş qərarların icra vəziyyəti, müasir tendensiyalara cavab verən strategiyaların inkişaf perspektivləri müzakirə olunaraq qərarlar qəbul ediləcək.

 

Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov iştirak edib.

 

Qeyd edək ki, BTİ-nin 193 üzv dövlətindən Azərbaycan da daxil olmaqla yalnız 48-i Şuranın üzvüdür. 

Lütfi Zadə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə minnətdarlıq edib

$
0
0

 

Dünya şöhrətli azərbaycanlı alim, ABŞ-ın (Kaliforniya ştatı) Berkli Universitetinin professoru, Soft Computing İnstitutunun direktoru Lütfi Zadə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) məktub ünvanlayıb.

 

Məktubda 22-25 may 2016-cı il tarixlərində Kaliforniyada keçirilən və dünyanın müxtəlif ölkələrinin alimlərini bir araya gətirən “WCONSC 2016 : World Conference on Soft Computing” adlı beynəlxalq konfransa verdiyi dəstəyə görə RYTN rəhbərliyinə dərin minnətdarlıq ifadə olunur.

 

Lütfi Zadə qeyd edib ki, kommunikasiya və yüksək texnologiyalar müasir cəmiyyətimizin mühüm hissəsini təşkil edir və bu texnologiyalarla ayaqlaşmaq Azərbaycan üçün olduqca vacibdir:

 

“Bilirəm ki, bu sahəni yüksək prioritet təyin etməklə, siz Azərbaycanı regionda rabitə və yüksək texnologiyalar sahəsində təhsil və elmi tədqiqatlar fəaliyyəti üçün mərkəzə çevirəcəksiniz. Konfransa verdiyiniz dəstəyə görə bir daha təşəkkürümü bildirirəm”.

 

Alim, eyni zamanda “Soft computing” beynəlxalq konfransa əvvəlki illərdə olduğu kimi, gələcəkdə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəstək veriləcəyinə ümidvar olduğunu vurğulayıb. 2011-ci ildən keçirilən konfrans Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən maliyyələşdirilmişdir.

 

Qeyd edək ki, “World Conference on Soft Computing”  beynəlxalq konfransı süni intellekt sahəsində banisi Lütfi Zadə olan qeyri-səlis məntiq nəzəriyyəsi üzrə elmi tədqiqatlara həsr olunur.

 

Konfransın mövzularına qeyri-səlis çoxluqlar, qeyri-səlis riyaziyyat, qeyri-səlis məntiq, qeyri-səlis ədədlər, qeyri-səlis sistemlərin neyro-qeyri-səlis modeli, qeyri-səlis nəzəriyyənin sənaye tətbiqləri, qeyri-səlis öyrənmə, hüquq-məhkəmədə qeyri-səlis məntiq, qeyri-səlis reqressiya, yumşaq hesablamalar nəzəriyyəsi və s. daxildir.

Nazir Xaçmazda vətəndaşları qəbul edəcək

$
0
0

 

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə  10 iyun tarixində saat 12:00-da Xaçmaz şəhərində  Xaçmaz, Xızı, Siyəzən, Şabran, Quba, Qusar rayonlarında və Sumqayıt şəhərində  yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

 

Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

 

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

 

Xaçmaz rayonunda          02332 52218

Xızı rayonunda                 02331 50372

Siyəzən rayonunda          02330 40120

Şabran rayonunda           02335 32004

Quba rayonunda              02333 55050

Qusar rayonunda             02338 53157

Sumqayıt şəhərində        01864 23500

 

 

nömrəli telefonlara zəng edilməsi xahiş olunur.

Nazir Xaçmazda vətəndaşlarla görüşüb

$
0
0

 

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerindəcə tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə tapşırıq və tövsiyələrinə uyğun olaraq rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bölgədə növbəti görüşünü keçirib.

 

Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə iyunun 10-da Xaçmaz şəhərində  keçirilmiş görüşdə Xaçmaz, Xızı, Siyəzən, Şabran, Quba, Qusar rayonlarında və Sumqayıt şəhərində  yaşayan vətəndaşların müraciətləri dinlənilib.

 

Müraciətlər əsasən, telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələləri əhatə edib.

 

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.

 

Nazir R.Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

 

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.  

Koreya-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın ilk iclası keçirilib

$
0
0

 

 

Seulda Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclası keçirilib.

 

İclasda hər iki tərəfdən müxtəlif nazirliklərin, təşkilatların və qurumların  nümayəndələri iştirak edib.

 

Komissiyanın həmsədri, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər müxtəlif sahələrdə həyata keçirilən işlər nəticəsində ölkəmizin regionun lider dövlətinə çevrildiyini, dünyada nüfuzunun xeyli artdığını diqqətə çatdırıb. 

 

İclasda iki ölkə arasında iqtisadi, mədəni, elmi-texniki və humanitar sahələrdə geniş əlaqələrin mövcud olduğu, ölkələrimizin bir sıra beynəlxalq təşkilatlar, xüsusən BMT çərçivəsində də fəal əməkdaşlıq etdiyi bildirilib.

 

Komissiyanın iclasında o da vurğulanıb ki, ticari-iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi və hər iki ölkənin ixracyönümlü məhsullarının qarşılıqlı olaraq digər ölkə bazarında satışı üçün səylərin artırılması vacibdir.

 

Komissiyanın Koreya tərəfdən həmsədri, ticarət, sənaye və enerji nazirinin müavini Vu Tehee, öz növbəsində, ölkəsinin Azərbaycan ilə əlaqələrinin inkişafına böyük əhəmiyyət verdiyini, bu istiqamətdə birgə komissiyanın işinin səmərəli olacağına inandığını deyib.

 

Vu Tehee Azərbaycan iqtisadiyyatının inkişafını diqqətlə izlədiklərini, ölkədə xarici şirkətlər, o cümlədən Koreya şirkətlərinin fəaliyyəti üçün yaradılmış əlverişli biznes və sərmayə mühitini yüksək qiymətləndirdiklərini bildirib.

 

Müzakirələrdən sonra Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclasının protokolu imzalanıb.

 

 

Ölkəmizin Koreya Respublikasındakı səfirliyində bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə keçirilən görüşdə komissiya üzvləri tələbələrin təhsili, onların qarşılaşdıqları çətinliklər və həlli vacib problemlərlə maraqlanıblar.  

Viewing all 238 articles
Browse latest View live




Latest Images