Quantcast
Channel: 10 Most Recently Updated Pages
Viewing all 238 articles
Browse latest View live

Vətəndaşlar "Skype", "Viber", "WhatsApp" və digər onlayn kommunikasiya proqramlarından yerli və beynəlxalq əlaqələr üçün istifadə edə bilərlər

$
0
0

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bütün istifadəçilərə bildirir ki, ölkəmizdə uğurla keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarının təhlükəsizlik tədbirlərinin tərkib hissəsi olaraq Azərbaycan Respublikası ərazisində müvəqqəti olaraq internet şəbəkəsi üzərindən təşkil olunan telekommunikasiya xidmətlərinə (“Skype”, “Viber”, “WhatsApp” və s.) məhdudiyyətlərin tətbiqi səsli və görüntülü onlayn kommunikasiya proqramlarının istifadəsində müəyyən çətinliklər yaratmışdır.

 

Həmin dövrdə bir çox profilaktik tədbirlərin sırasında şəbəkənin sazlanması işləri də həyata keçirilmişdir.

 

Hazırda texniki yeniləmə işləri başa çatmışdır və vətəndaşlar bu kommunikasiya proqramlarından yerli və beynəlxalq əlaqələr üçün istifadə edə bilərlər.


Növbəti “Şəbəkə” xidmət mərkəzləri fəaliyyətə başladı

$
0
0

 

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi növbəti “Şəbəkə” xidmət mərkəzlərini istifadəyə verib. Xəzər (Sergey Yesenin küçəsi 102)  və Yasamal (Hüseyn Cavid prospekti 19) rayonlarında yerləşən “Şəbəkə” xidmət mərkəzlərində  bütün növ telekommunikasiya, poçt, bank və maliyyə xidmətləri təşkil edilib.

 

Xəzər və Yasamal rayonlarının sakinləri telefon çəkilişi, internetə qoşulma, bütün növ rabitə xidmətlərinin ödənişi, mobil cihazların IMEI qeydiyyatı, elektron hökumət xidmətlərindən yararlanmaq, elektron imza, valyuta mübadiləsi və aviabiletlərin alınması üçün bu mərkəzlərə müraciət edə bilərlər.

 

Mərkəzlərdə vətəndaşlara fasiləsiz olaraq həftənin iş günlərində səhər saat 9-dan axşam saat 7-dək , istirahət günləri saat 9-dan 6-ya dək xidmət göstərilir.

 

“Şəbəkə”in yaradılmasında əsas məqsəd əhaliyə mərkəzləşdirilmiş qaydada yüksək standartlara uyğun xidmət göstərməkdir.

 

Xidmətlərin vahid məkanda cəmlənməsi eyni zamanda, vətəndaşların vaxt itkisini aradan qaldırmağa və nağdsız ödənişləri stimullaşdırmağa hədəflənib.

 

Bakı şəhərində ilkin mərhələdə 10-a yaxın belə xidmət mərkəzinin açılması nəzərdə tutulur. Hazırda Yasamal rayonunda ikinci, Binəqədi rayonunda isə ilk  “Şəbəkə” xidmət mərkəzinin açılması üçün təmir-tikinti işləri aparılır və yaxın zamanlarda onların istifadəyə verilməsi gözlənilir.

 

Gələcəkdə respublikamızın regionlarında da “Şəbəkə” xidmət mərkəzlərinin istifadəyə verilməsi planlaşdırılır.

“Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” xidmətinə müraciətlər artıb

$
0
0

 

“Elektron hökumət” portalının operatoru Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Məlumat Hesablama Mərkəzi cari ilin ilk beş ayında elektron xidmətlərindən ən çox istifadə olunan qurumlar və ən çox müraciət olunan xidmətlərin statistikasını açıqlayıb. Statistikaya əsasən, NRYTN xidmətlərinə müraciət sayı çoxluq təşkil edən ilk beşlikdə yer alıb. Belə ki, nazirliyin xidmətlərinə müraciət sayı 3 088 725 olub, ən çox istifadə edilən xidməti isə “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” xidmətidir. Cari ilin bu gününədək sözügedən xidmətə müraciət sayı 1 692 360-a çatıb.

 

NRYTN ilə yanaşı, cari ildə xidmətlərindən ən çox istifadə olunan 10 dövlət qurumu sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Dövlət Gömrük Komitəsi, “Azərsu" ASC, Daxili İşlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Mərkəzi Seçki Komissiyası və Vergilər Nazirliyi yer alıb. Bu müddət ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə ümumilikdə 4 577 529 dəfə müraciət olunub. Qurumun təqdim etdiyi elektron xidmətlərdən cari ildə müraciət sayı 1 388 673-ə çatan “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” xidmətidir ki, adı çəkilən xidmət 20 dövlət qurumu və 3 mobil operatorun informasiya resurslarına çıxışını təmin etməklə vətəndaşların işini asanlaşdırır.

 

Dövr ərzində Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi elektron xidmətlərə müraciət sayı isə 1 005 477-dir. Mərkəzin ən çox “Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər) ərizələrinin onlayn qəbulu” xidmətinə müraciət edilib ki, bu say 384 492-dir.

 

Müraciətlər Dövlət Gömrük Komitəsi üzrə 332 638; “Azərsu” ASC üzrə 59 596; Daxili İşlər Nazirliyi üzrə 39 615; Əmlak Məsələləri Dövlət Komitəsi üzrə 33 644; Ədliyyə Nazirliyi üzrə 20 190; Mərkəzi Seçki Komissiyası üzrə 16 822; Vergilər Nazirliyi üzrə 14 470 təşkil edib.

 

Beləliklə, statistika portalın təqdim etdiyi xidmətlərin çeşidi ilə yanaşı, istifadə dinamikasının da nəzərəçarpacaq dərəcədə müsbətə doğru dəyişdiyini göstərir.

“İctimai İnternet” layihəsi “İlin İT hadisəsi” seçildi

$
0
0

 

“Baktelecom” uğurları sırasına daha birini əlavə etdi. Ötən ildən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə icrasına başladığı “İctimai İnternet” layihəsi “İlin İT hadisəsi” nominasiyasında “Netty” Azərbaycan Milli İnternet Mükafatının qalibi oldu.

 

“Netty” sosial əhəmiyyətli layihələri dəstəkləyən, əhali arasında informasiya texnologiyalarını populyarlaşdıran peşəkar mükafat kimi  “Baktelecom”un pulsuz “Wi-Fi” xidmətinə biganə qalmayıb.

 

“Baktelecom” aylar öncə evdən kənarda, gəzinti zamanı internetə pulsuz qoşulmaq imkanını insanlar üçün əlçatan etdi. Bu məqsədlə ilkin mərhələdə əhalinin sıx istirahət etdiyi ərazilər seçildi.

 

Dənizkənarı Milli Parkın bütün hissəsi, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu, “Sahil” bağı və Heydər Əliyev Mərkəzinin parkı kimi geniş əhatə zonasında ümumilikdə 210 qoşulma nöqtəsi yaradıldı. Mart ayından etibarən  paytaxt sakinləri və şəhərimizin qonaqlarının seçiminə çevrilən layihənin istifadəçi sayı 200 mini ötdü.

 

“Baktelecom” əhalinin pulsuz “Wi-Fi” xidmətinə maraq və tələbatını nəzərə alaraq əhatə dairəsinin genişləndirilməsi istiqamətində bu gün də işlərini davam etdirir.

 

Yaxın zamanlarda Qış Parkı, Sabir, Xəqani bağları və digər istirahət parklarında da ictimai internet şəbəkəsi aktiv ediləcək.

 

Şəbəkənin təkmilləşdirilməsi işləri ilə yanaşı, yeni və daha rahat qeydiyyat sisteminin tətbiqindən sonra istifadəçilərin pulsuz “Wi-Fi”-a qoşulması daha da asanlaşacaq.

 

“NETTY 2017” Milli İnternet Mükafatı sahiblərinə təqdim olundu

$
0
0

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "NETTY" Azərbaycan Milli İnternet Mükafatı 13-cü dəfə qaliblərinə təqdim olunub.  Bu gün "Park İnn" otelinin "Dan Ulduzu" zalında baş tutan təntənəli mükafatlandırma mərasimində ölkənin iri İT şirkətlərinin nümayəndələri, mükafatın nominantları, KİV nümayəndələri və çoxsaylı qonaqlar iştirak ediblər.


 
Tədbirdə qeyd edilib ki, artıq 10 ildən artıq bir müddətdir ki, "NETTY" Milli İnternet Mükafatı uğurla keçirilir.


 
Eyni zamanda bildirilib ki, bu İT bazarının inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində  ilk milli peşəkar mükafatdır.


 
"NETTY" mükafatının Azərbaycanın ən yaxşı veb-layihələri, informasiya texnologiyaları sahəsində  mütərəqqi xadimlərini üzə çıxardığı qeyd edilərək, builki nominantlarının müəyyən edilməsi üçün Ekspert Şurası və Virtual Münsiflər Heyətinin paralel səsverməsinin həyata keçirildiyi bildirilib.


 
Daha sonra,  Ekspert Şurası (Şura hər nominasiya üzrə üç nominant seçir) və Virtual Münsiflər Heyətinin (münsiflər heyəti iştirakçıların ümumi sayından "Virtual münsiflər heyətinin seçimi" nominasiyasında üç nominant seçir) seçiminə əsaslanaraq, "NETTY" Akademiyası öz səsverməsinə başlayır.


 
Akademiya mövcud nominasiyalardan hər birində mükafatın yeganə qalibini müəyyən edir. Müsabiqədən kənar fəxri və həvəsləndirici nominasiyalar üzrə də səsvermə keçirilir.


 
"www.netty.az" saytının hər bir ziyarətçisi "Facebook" və ya "Twitter"də öz sosial profilinin məlumatlarından istifadə edərək, Virtual Münsiflər Heyətinin üzvü ola və müsabiqənin nominantları seçimində iştirak edə bilər. Ekspert Şurası – müsabiqənin təşkilat komitəsinin şəxsi dəvəti ilə formalaşır.  "NETTY" Akademiyasında isə Azərbaycanın ictimai, dövlət və biznes strukturlarında çalışan nüfuzlu şəxslər təmsil olunur.


 
Ənənəvi olaraq, müsabiqə çərçivəsində müvafiq nominasiyalar ("Azərbaycan", "Dövlət saytı",  "Elm və təhsil", "Mədəniyyət və incəsənət", "Cəmiyyət", "İnformasiya və xəbərlər", "Servis sayt",  "Korporativ sayt", "Elektron Kommersiya sahəsində ən yaxşı sayt""İdman", "Şəxsi sayt", "Virtual münsiflər heyətinin seçimi") üzrə Azərbaycanda ən yaxşı saytlar seçilir.
 
 
Qeyd edək ki, cari ildə "Əyləncə" nominasiyası ləğv edilib, eyni zamanda sosial şəbəkələrə istiqamətləndirilmiş iki yeni nominasiya ("Sosial şəbəkələrdə ilin adamı" və "Sosial şəbəkələrdə ilin şirkəti") əlavə olunub.


 
Müsabiqə çərçivəsində fəxri nominasiyalar ("İlin proqramı", "Milli informasiya texnologiyalarının inkişafının zənginləşdirilməsi" və "İlin İT hadisəsi") üzrə də mükafatlar verilir. "İlin İT hadisəsi" nominasiyası üzrə iddiaçıların ərizələrinin təhlili nəticəsində həmçinin "İlin İT şirkəti" nominasiyasında nominantlar və qalib müəyyən edilir.


 
"NETTY"çərçivəsində bu il ilk dəfə "İlin İT meneceri" nominasiyası müəyyən edilib. Bu nominasiyada  ölkənin İT departamentlərinin ən yaxşı rəhbərləri (təşkilatın fəaliyyət sahəsindən asılı olmayaraq) müəyyən edilir.


 
Beləliklə, cari ilin ən uğurlu milli veb saytlarının və layihələrin adlarını təqdim edirik:


 
Azərbaycan nominasiyasında – www.fontlar.info

 
 
Dövlət saytı nominasiyasında – Müdafiə Nazirliyinin saytı

 
 
"Elm və təhsil" nominasiyasında  –  "Prospect Academy" Təlim Mərkəzi


 
"Mədəniyyət və incəsənət" nominasiyasında – Qobustan Milli Tarix-Bədii Qoruğu

 
 
"Cəmiyyət" nominasiyasında – "Green Baku" ekoloji təşkilatın saytı


 
"İnformasiya və xəbərlər" nominasiyasında – "Sputnik Azərbaycan" İnformasiya Agentliyinin saytı


 
"Servis sayt" nominasiyasında – www.lalafo.com

 
 
"Korporativ sayt" nominasiyasında – "Atəşgah Sığorta"


 
"Elektron Kommersiya sahəsində ən yaxşı sayt" nominasiyasında – www.zoomagazin.az

 
 
"İdman" nominasiyasında – IV İslam Həmrəyliyi Oyunlarının saytı

 
 
"Şəxsi sayt" nominasiyasında – DJ Kamran Qaralovun saytı

 
 
"Sosial şəbəkə seçimi" nominasiyasında – Repetitorların Axtarışı Üçün Portal  


 
"Facebook" sosial şəbəkəsində ən yaxşı səhifə nominasiyasında – https://www.facebook.com/bodycare.online.shop/

 
 
"İlin proqramı" nominasiyasında – "Baku Airport" mobil proqramı


 
"Milli informasiya texnologiyalarının inkişafının zənginləşdirilməsi"  nominasiyasında – ADA Universitetinin informasiya məsələləri üzrə rəhbəri Rahid Ələkbərli 


 
"İlin İT hadisəsi" nominasiyasında – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə "Baktelekom" tərəfindən reallaşdırılan "İctimai İnternet" layihəsi.


 
Qeyd edək ki, mükafatın baş partnyoru "Azercell"şirkəti, digər partnyorları isə "Bakutel" sərgisi, "SmartHost.az" və "Renley.az"şirkətləri, "Kassir.az" layihəsidir. Tədbirə informasiya dəstəyini "Infocity.az", "CBC.az" telekanalı, "1news.az", "Oxu.az", "Disput.az" və "Salamnews.org" saytları göstərir.

Növbəti qrant müsabiqəsi çərçivəsində İKT layihələrinin qəbulu başa çatıb

$
0
0

 

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi növbəti qrant müsabiqəsinə layihələrin qəbulu başa çatıb. Müsabiqə çərçivəsində Fondun rəsmi internet səhifəsində (www.ictfund.gov.az) qeydiyyatdan keçməklə elektron qaydada 172 layihə təqdim edilib.

 

Müsabiqəyə layihələrin qəbulu aşağıdakı prioritet istiqamətlər üzrə aparılıb:

 

Mütərəqqi proqram təminatının hazırlanması;

 

İnnovativ İKT məhsulları nümunələrinin hazırlanması;

 

İnnovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması;

 

Müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması;

 

İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı.

 

Müsabiqəyə təqdim olunmuş 172 layihənin prioritet istiqamətlər üzrə bölgüsü müvafiq olaraq 20, 71, 23, 22 və 36 olub.

 

Qrant müsabiqələri çərçivəsində layihələr 3 mərhələdə qiymətləndirilir. Birinci mərhələdə 15 iş günü müddətində müsabiqəyə təqdim olunan layihələrin ilkin ekspertizası aparılır. İkinci mərhələdə isə ilkin ekspertiza mərhələsindən keçmiş layihələr 20 iş günü müddətində müstəqil ekspertlər tərəfindən kompleks ekspertizadan keçirilir. Kompleks ekspertizanın nəticəsində müsbət rəy almış layihələr yekun qərarın qəbul edilməsi üçün Fondun Müşahidə Şurasına təqdim edilir.


Qeyd edək ki, qrant müsabiqəsi çərçivəsində layihələrin qəbulu 10 aprel 2017-ci il tarixindən 9 iyun 2017-ci il tarixinədək davam edib.

 

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun əsas məqsədi İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək, innovativ sahibkarlıq fəaliyyətini dəstəkləmək, intellektual biznes, innovasiya və elmi tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən ibarətdir.

"Tomson Röyters" agentliyi Azərbaycanın elmi jurnalının təsir əmsalını yüksəltdi

$
0
0

 

ABŞ-ın “Clarivate Analytics”  şirkəti ("Tomson Röyters" agentliyi) tərəfindən bu günlərdə açıqlanan 2016-cı il üçün hesabata əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnоlogiyalar  Nazirliyinin dəstəyi ilə nəşr olunan və Azərbaycanı təmsil edən “Applied and Computational Mathematics” ("Tətbiqi və Hesablama Riyaziyyatı") jurnalının təsir əmsalı ("impact factor") 0.717-dən 1.333-ə yüksəlib.

 

Bu agentliyin tanıdığı jurnallara dünyanın bütün universitetləri, elmi tədqiqat mərkəzləri istinad edirlər. Bu istinadların sayı da jurnalın qeyd olunan reytinqini müəyyən edir.

 

Qeyd edək ki, “Applied and Computational Mathematics” jurnalı “impact factor” göstəricisinə görə regionda liderliyi qoruyur.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnоlogiyalar  Nazirliyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının  təsis etdiyi bu jurnal hələ ki,  təsir əmsalına malik ilk və yeganə Azərbaycan jurnalıdır.

 

2002-ci ildən ingilis dilində nəşr olunan jurnalda tətbiqi riyaziyyatın müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçən elmi məqalələr dərc edilir.

 

Nəşr olunduğu 16 il müddətində “Applied and Computational Mathematics” jurnalı 45 ölkədən 200-dən çox beynəlxalq elm və təhsil müəssisələri ilə elmi mübadilə həyata keçirib.

 

Elmi İnformasiya İnstitutu kimi fəaliyyətə başlayan "Tomson Röyters" 1964-cü ildə beşcildlik ilk Elmi İstinadlar İndeksini çap etdirməklə 50 ildən artıq bir müddətdə elmi cəmiyyətə öz töhfəsini verib. Hökumət agentlikləri, nazirliklər, siyasi qurumlar və bütövlükdə dünya elm aləmindəki yenilikləri öyrənmək üçün məhz "Thomson Reuters"in məlumat bazasına etibar edir.  Qeyd edək ki, məşhur "Reuters"  İnformasiya Agentliyi təşkilatın strukturuna daxildir.

Azərbaycanın İKT tətbiqi Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatına layiq görülüb

$
0
0

 

 

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Cenevrə şəhərində keçirilən “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti 2017” (WSIS) forumunda təmsil olunur.

 

Tədbirdə nazir müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi 8 nəfərlik Azərbaycan nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Əmək və Sosial Müdafiə nazirliklərinin, Azərbaycan İnternet Cəmiyyətinin və Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin təmsilçiləri daxildir.

 

Forum informasiya cəmiyyətinin inkişafı üzrə müsbət təcrübələrin bölüşdürlməsinə, biliklərin yayılmasına, əməkdaşlığın genişlənməsinə, qabaqcıl inkişaf meyllərinin müəyyənləşdirilməsinə xidmət edir.

 

İyunun 13-də Forumun rəsmi açılışı baş tutub. Plenar hissədə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Haolin Jao, BMT-nin digər sahəvi təşkilatlarının rəsmiləri çıxış edib.

 

Yüksək səviyyəli müzakirələrdə Azərbaycan nümayəndə heyəti də iştirak edib.

 

Sammit çərçivəsində “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti - 2017 Mükafatları” müsabiqəsinin qalibləri də mükafatlandırılıb. Belə ki, BTİ tərəfindən cari ilin 30 mart -30 aprel tarixlərində elan edilən müsabiqəyə müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın ayrı-ayrı hökumət və qeyri-hökumət qurumları tərəfindən elektron sistemlərə dair layihələr təqdim olunub. Müsabiqədə iştirak edən 345  layihədən 143-ü dövlət sektoruna, 77-si biznes sektoruna, 56-sı vətəndaş cəmiyyətinə və s. aid olub.

 

Ümumilikdə 18 nominasiya üzrə onlayn səsvermə əsasında keçirilən müsabiqə 90 “Çempion layihə” seçilib. Azərbaycandan təqdim olunan layihələrdən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi də “İKT Proqramları: E-Məşğulluq” nominasiyası üzrə ən çox səs toplayan ilk 5 layihədən biri olub və “Çempion layihə”lər sırasında yer alıb.

 

Mükafat Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsinə təqdim olunub.

 

Bununla da Azərbaycan İKT-nin uğurlu tətbiqi sahəsində ilk dəfə olaraq BTİ-nin mükafatına layiq görülüb.

 

Qeyd edək ki, 3 ilə yaxındır ki, tətbiq edilən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi Nəqliyyat, Rabitə və Yüksək Texnologiylar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin operatoru olduğu “Elektron hökumət” portalı üzərindən təqdim olunur. Hazırda xidmət portalda ən çox istifadə olunan xidmətlərdən biridir. Belə ki, 450 elektron xidməti özündə əhatə edən “E-hökumət” portalına ötən dövrdə 47,2 milyona yaxın müraciət qeydə alınıb ki, onlardan 7 milyona yaxını və ya 14,6 faizi məhz Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə aid olub.

 

Forum öz işini iyunun 16-dək davam etdirəcəkdir. Forumda nazirlər toplantısının, çoxsaylı yüksək səviyyəli müzakirələrin və təqdimatların keçirilməsi planlaşdırılır. Azərbaycan nümayəndə heyətinin bu tədbirlərdə fəal iştirakı nəzərdə tutulur.


“Azərbaycanda genişzolaqlı internetin inkişafı strategiyasi və yeni nəsil şəbəkələrinin tədrisdə tətbiqi” mövzusunda konfrans keçirilib

$
0
0

 

 

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin nəzdindəki Beynəlxalq Rabitə Akademiyası və Akademiyanın Azərbaycan bölməsinin təşkilatçılığı ilə “Azərbaycanda  genişzolaqlı  internetin  inkişafı strategiyasi  və  yeni nəsil  şəbəkələrinin  tədrisdə  tətbiqi”  mövzusunda  konfrans keçirilib.

 

Konfransda qeyd edilib ki, ölkədə İKT sektorunun inkişafı, xüsusən də yüksəksürətli genişzolaqlı internet xidmətlərinin təkmilləşdirilməsi istiqamətində qəbul edilən dövlət proqramları, həyata keçirilən layihələr olduqca əhəmiyyətlidir.

 

Bildirilib ki, Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramına əsasən, İKT, o cümlədən genişzolaqlı şəbəkə infrastrukturu inkişaf etdirilərək, əhalinin təhlükəsiz, ucuz və keyfiyyətli İKT xidmətlərinə artan tələbatının tam təmin olunması nəzərdə tutulub. Dövlət Proqramına əsasən, əhalinin müxtəlif qrupları, şəhər və kənd yaşayış məntəqələri arasında "rəqəmli fərqlilik" azaldılacaq, ölkənin qlobal internet şəbəkəsinə çıxış potensialı artırılacaq, tranzit informasiya xidmətləri genişləndiriləcək.

 

Konfransda, həmçinin məlumat verilib  ki, BMT-nin Genişzolaqlı Rabitə üzrə Komissiyasının "Genişzolaqlı rabitənin vəziyyəti" adlı yeni hesabatında daha zəngin ölkələrdə internetə çıxış doyma həddinə yaxınlaşdığına görə dünyada əhalinin yoxsul təbəqəsi üçün internetə çıxış imkanları hələ ki yüksək templə artmır.

 

Komissiyanın qiymətləndirməsinə görə, dünyada 3.9 milyard nəfərin internetə çıxışı yoxdur. Bununla belə, 2017-ci ilədək 3.5 milyard (dünya əhalisinin 47%-i) nəfər internetdən istifadə edəcək. Halbuki, 2015-ci ildə bu göstərici 3.2 milyard olub.

 

Daha sonra məruzəçilər ölkəmizdə genişzolaqlı internetin inkişafı istiqamətində görülən işlər barədə məlumat veriblər.

 

Beynəlxalq Rabitə Akademiyasının Azərbaycan bölməsinin rəhbəri Sirus Abbasbəyli Azərbaycanda internetin yaranma tarixi, inkişaf dinamikası, vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında internetin imkanları barədə təqdimatla çıxış edib.

 

Beynəlxalq Rabitə Akademiyasının prezidenti xanım Anastasiya Ositis isə çıxışında bildirib ki, təqdimatlardan da görünür ki, Azərbaycanda genişzolaqlı internetə keçid prosesləri sadəcə izlənilmir, bu xidmətlərin genişləndirilməsi, şəhərlə regionlar arasında “rəqəmli fərq”in azaldılması hökumətin marağındadır. Onun sözlərinə görə, Beynəlxalq Telekommunikasiya İttifaqı üzv ölkələrin genişzolaqlı internetə keçidinin tənzimlənməsi, inkişafı və infrastrukturun formalaşması üçün tövsiyələrini əsirgəmir. “Əminəm ki, bugünkü konfrans Azərbaycanda genişzolaqlı internetə keçid prosesinin sürətlənməsinə öz töhfəsini verəcək” - deyə o qeyd edib.

 

Tədbirdə, həmçinin İT üzrə aparıcı mütəxəssislərin, alimlərin məruzələri dinlənilib.

 

Qeyd edək ki, konfrans öz işini "İnternetşünaslıq: problemlər, konseptual baxışlar, perspektivlər" mövzusunda bölmə iclası ilə davam etdirib.

Nazirliyin əməkdaşları dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə mükafatlandırıldı

$
0
0

 

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə iyunun 23-ü dünyada Dövlət Qulluğu Günü qeyd edilir. Ölkəmizdə də 2006-cı ildən Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolu nəzərə alınaraq bu təqvim “Dövlət qulluqçularının peşə bayramı günü” kimi təsis edilib. 

 

Azərbaycan Respublikası Prezidenti tərəfindən hər il “Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə” bir qrup dövlət qulluqçusu fəxri adlarla təltif edilirlər. Bu il də ölkə başçısının müvafiq Sərəncamı ilə 3 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 46 nəfər “Tərəqqi” medalı, 142 nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə mükafatlandırılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı da təltif edilənlər sırasında yer alıb. Belə ki, Ellada Musayeva “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

 

Eyni zamanda, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmrinə əsasən, 23 iyun – “Dövlət qulluqçularının peşə bayramı günü” münasibəti ilə nazirliyin bəzi əməkdaşları mükafatlandırılıb.

 

Uzunmüddətli və səmərəli əmək fəaliyyətlərini nəzərə alaraq Məmmədov İlqar, Mirəliyeva Gültən, Kərimova Lalə, Vəliyeva Sevinc, Kərimova Aygün, Müzəffərova Samirə “Fəxri fərman”la təltif ediliblər. 

Bayram günlərində əhali fasiləsiz nəqliyyat və telekommunikasiya xidmətləri ilə təmin ediləcək

$
0
0

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ramazan bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.

 

Bayram ərəfəsində və bayram günlərində sabit telefonların fasiləsiz işinin təmin edilməsi məqsədi ilə rabitə xidmətləri borclarına və digər səbəblərə görə telefonların şəbəkədən açılmaması, eləcə də daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq, operativ tədbir görülməsi nəzərdə tutulur.

 

Bayram günlərində məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrinin iş rejiminin tənzimləyici qrafik üzrə qurulması, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlər görüləcək.

 

Şəhərlərarası nəqliyyat gücləndirilmiş iş rejimində çalışacaq. Eyni zamanda, Bakı Beynəlxalq Avtovağzalının bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyəti təmin ediləcək. Sərnişin sıxlığını nəzərə alaraq, lazımi sayda əlavə avtobus xəttə buraxılacaq.

 

Vətəndaşlardan rastlaşdıqları istənilən problemlə bağlı "1655" saylı "Qaynar Xətt"lə əlaqə saxlamaları xahiş olunur.

“Formula-1” yarışı üzrə Azərbaycan Qran-prisinin telekommunikasiya xidmətləri təchizatı təmin edilib

$
0
0

 

Bu gün start götürən “Formula-1” yarışı üzrə Azərbaycan Qran-prisi çərçivəsində digər qurumlarla yanaşı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də üzərinə düşən vəzifələrin icrasını layiqincə yerinə yetirib.

 

Nazirlik tərəfindən yarışların telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təminatı üçün bütün zəruri tədbirlər görülüb. 

 

“Bakı Şəhər Halqası Əməliyyat Şirkəti”nin tələbatına uyğun olaraq mövcud infrastrukturdan istifadə etməklə tələb olunan sayda və istiqamətlərdə optik liflər, həmçinin, beynəlxalq çıxışları təmin edilməklə telefon xətti ayrılıb.

 

Həmçinin, “Bakı Şəhər Halqası” keçən küçə və prospektlərdə kabel-kanalizasiya qurğularının lazımi mühafizəsi təmin edilib. 

 

Eyni zamanda, dayanıqlı, yüksəksürətli internet  təminatı üçün müvafiq işlər görülüb. Belə ki, radio rabitə xidmətlərinin, TV yayımının etibarlı şəkildə təmin edilməsi üçün yüksək parametrlərə malik optik kabel və  1000 ədəddən çox radiotezlik nominalı ayrılıb.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Quba şəhərində vətəndaşlarla görüşəcək

$
0
0

 

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 30.06.2017-ci il tarixdə saat 1230-da Quba şəhərində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

 

Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

 

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

 

Quba rayonunda                   023 3355050

 

Qusar rayonunda                  023 3853157

 

Xaçmaz  rayonunda              023 3252218

 

Şabran rayonunda                023 3532004

 

Siyəzən  rayonunda              023 3040120

 

Xızı rayonunda                      023 3150100

 

  

nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Qubada vətəndaşlarla görüşüb

$
0
0

 

 

Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Quba şəhərində vətəndaşlarla görüşüb.

 

Nazir Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya və poçt xidmətləri, bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edib.

 

Vətəndaşların müraciətləri, əsasən, telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul və digər məsələləri əhatə edib.

 

Görüşdə nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər də qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

 

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.

 

Nazir digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

 

Səfər çərçivəsində Ramin Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqlarının və poçt filiallarının, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.

 

Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə sahə üzrə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.

 

Toplantıda nazir Ramin Quluzadə müvafiq sahə rəhbərlərinə xidmət keyfiyyətinin yüksəldilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması, hər bir vətəndaş müraciətinə  fərdi və həssaslıqla yanaşılması barədə tapşırıqlar verib.

Nazir Şəkidə vətəndaşlarla görüşəcək

$
0
0

 

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iyulun 7-də saat 1230-da Şəki şəhərində Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

 

Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

 

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

 

Şəki rayonunda                    024 2448790

Oğuz rayonunda                  024 2152999

Qəbələ  rayonunda              024 2052599

Qax rayonunda                    024 2552980

Zaqatala  rayonunda           024 2252999

Balakən rayonunda             024 2951700

 

 

 nömrəli telefonlara zəng etmələri xahiş olunur.


Nazirin Şəki qəbulunda vətəndaş müraciətlərinin əksəriyyəti yerindəcə həll olunub

$
0
0

 

 

Bu gün Şəki şəhərində keçirilən vətəndaşlarla görüşdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya və poçt xidmətləri, bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı müraciətləri dinləyib.

 

Telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələləri əhatə edən vətəndaş müraciətlərinin əksəriyyəti yerində həllini tapıb.

 

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı edilən müraciətlər də qeydiyyata alınaraq, həmin müraciətlərin aidiyyəti üzrə müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

 

Nazir digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıq və tövsiyələr verib.

 

Səfər çərçivəsində Ramin Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqlarının və poçt filiallarının, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.

 

Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə sahə üzrə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.

 

Toplantıda nazir Ramin Quluzadə müvafiq sahə rəhbərlərinə xidmət keyfiyyətinin yüksəldilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması, hər bir vətəndaş müraciətinə  fərdi və həssaslıqla yanaşılması barədə tapşırıqlar verib.

Nazir beynəlxalq jurnalın əməkdaşlarını mükafatlandırdı

$
0
0

 

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə ABŞ-ın “Clarivate Analytics” şirkətinin (“Thomson Röyters” Agentliyi) 2016-cı il hesabatına əsasən, Təsir Əmsalı (Impact Factor) yüksələn “Applied and Computational Mathematics” (ACM) beynəlxalq jurnalının əməkdaşları mükafatlandırılıb.

 

 

Nazirliyin dəstəyi ilə fəaliyyət göstərən jurnalın Azərbaycan elminin təbliğində və dünya elmi fəzasına inteqrasiyasında əhəmiyyətli rol oynadığını nəzərə alaraq və Təsir Əmsalının artması münasibəti ilə onun uğurlarında zəhmətləri olan jurnalın həm baş redaktoru, akademik Fikrət Əliyev, baş redaktor müavini Nərgiz Səfərova, icraçı redaktor Nazilə Hacıyeva və  redaktor assistentləri Nərgiz Hüseynova və Yeganə Məmmədovaya nazirliyin “Fəxri fərman”ları təqdim olunub.

 

 

Nəqliyyat, Rabitə və Yüksək Texnоlogiyalar Nazirliyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının təsis etdiyi bu jurnal, hələ ki, təsir əmsalına malik ilk və yeganə Azərbaycan jurnalıdır.

 

 

Qeyd etmək lazımdır ki, ACM jurnalı MDB məkanında bu istiqamət üzrə ən yüksək impakt faktora (1.333) malikdir, Şərqi Avropada isə 3-cü yeri tutur. Nəşr olunduğu 16 il müddətində bu jurnal 45 ölkədən 250-dən artıq beynəlxalq müəssisə ilə elmi mübadilə həyata keçirib.

 

 

İngilis dilində nəşr olunan jurnalda tətbiqi riyaziyyatın müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçən elmi məqalələr dərc edilir.

 

25 il ərzində Azərbaycanda müxtəlif mövzulara aid 1140 poçt markası nəşr olunub

$
0
0

 

 

Ölkəmizdə poçt markalarının çapını və yayımını təşkil edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC-nin yaradılmasından 25 il ötür. “Azərmarka” 14 iyul 1992-ci ildə yaradılıb. Amma Azərbaycanda  markanın  yaranma tarixi daha qədimdir. Ölkəmizdə ilk marka 1919-cu ildə çap edilib və Azərbaycan əsgərinə həsr olunub.

 

1992-ci ildən isə filateliya sahəsi ölkəmizdə daha uğurla inkişaf etməyə başlayıb. Beləliklə, həmin dövrdən müxtəlif mövzulara aid 1140 poçt markası, 14 növ markalanmış, yüzlərlə növ markalanmamış poçt zərfləri hazırlanaraq satışa çıxarılıb.

 

Azərbaycan Respublikasının müstəqilliyinə, dövlət atributlarına, iqtisadi inkişafına, fauna və florasına, milli bayramlarına, memarlıq abidələrinə, görkəmli siyasi-ictimai xadimlərinə, beynəlxalq əhəmiyyətli mühüm tədbirlərə, Qarabağa aid poçt markaları çap olunaraq dövriyyəyə buraxılıb. Eyni zamanda, həmin markaların beynəlxalq aləmdə də yayımı təşkil edilib.

 

Bundan əlavə, beynəlxalq təşkilatlar və dünyanın 12 ölkəsi ilə birgə 17 poçt markası da dövriyyəyə buraxılıb.   

 

Ölkəmiz gənc dövlət kimi marka buraxılışına müstəqillik illərində başlamasına baxmayaraq, ötən qısa müddət ərzində dünya filatelistləri arasında Azərbaycan poçt markalarına böyük maraq yaranıb. Azərbaycanın poçt markaları bu gün dünyanın bir çox ölkələrində, o cümlədən Rusiya, Fransa, Almaniya, İngiltərə, Çin, İsrail, İspaniya və Belçikada keçirilən ümumdünya filateliya sərgilərində uğurla nümayiş etdirilir.

 

Bundan başqa, Azərbaycan Filateliya İttifaqı ilə birlikdə Bakıda çox uğurla 4 Milli filateliya sərgiləri keçirilib.

 

Fəaliyyəti dövründə “Azərmarka” müxtəlif ölkələrdə keçirilən beynəlxalq filateliya sərgilərində uğurlu iştirakına görə onlarla qızıl medal və diplomlarla təltif edilib.

 

1919-cu ildən bu günədək Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış  bütün markaların, “Birinci gün” zərflərinin, markalanmış zərflərin və poçt kartlarının, xüsusi ştempellərin nümunələrini özündə əks etdirən 8 kataloq nəşr edilib.

 

Bu dövrdə “Heydər Əliyev və Azərbaycan rabitəsi”, “Azərbaycan rabitəsi müstəqillik dövründə 1991-2001” adlı kitablar və “İçərişəhər” haqqında, “Azərbaycan dövlət müstəqilliyinin 20 illiyi” ilə əlaqədar, “Azərbaycan gömrük muzeyinin xəzinəsi”, “Eurovision Bakı-2012” mahnı müsabiqəsinə, “Qarabağ poçt markalarında” mövzusuna və “Birinci Avropa Oyunları”na həsr edilmiş markalardan ibarət kitablar hazırlanaraq çap olunub.

 

Ötən müddət ərzində Ermənistanın işğalçı hakimiyyəti tərəfindən uydurma “Dağlıq Qarabağ Respublikası” adından buraxılmış markaların qanunsuzluğu barədə Ümumdünya Poçt İttifaqının (ÜPİ) Beynəlxalq bürosu tərəfindən bir neçə sirkulyar qərar qəbul olunaraq ÜPİ-nin üzv ölkələrinə göndərilib. Eyni zamanda, üzərində işğalçı Ermənistan  hakimiyyəti  tərəfindən uydurma “Dağlıq Qarabağ Respublikası” adından buraxılan marka olan bütün məktub korrespondensiyalarının qəbul edilib işlənməsinin yolverilməzliyi rəsmi olaraq onlara bildirilib.

 

Qeyd edək ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmrinə əsasən “Azərmarka” MMC-nin bir qrup əməkdaşı yubiley münasibəti ilə səmərəli fəaliyyətinə görə təltif olunub. 

Cocuq Mərcanlıda bütün evlər, məktəb və dövlət əhəmiyyətli obyektlər telekommunikasiya xidmətləri ilə tam təmin olunub

$
0
0

 

 

Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatları nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində məhv edilmiş bütün  infrastrukturun yenidən qurulmasına başlanılıb.    

 

Tarixən burada  yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıdaraq rahat və bütün lazımi infrastrukturla təmin olunmuş şəkildə yaşamaları üçün əsaslı işlər davam etdirilir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 yanvar 2017-ci il tarixli “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncamına uyğun olaraq  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən  kəndin telekommunikasiya infrastrukturu yenidən  qurulub.  

 

 Belə ki, “Aztelekom” MMC tərəfindən Cocuq Mərcanlı kəndinə 10 km məsafədən optik kabelin  çəkilməsi üçün qazıntı işləri aparılıb, 64 nömrə tutumlu EATS-in tikinti-quraşdırılma işləri yekunlaşıb. İlk dəfə olaraq kənd daxilində telefon kabellərinin  yeraltı çəkilməsi üçün kabel-kanalizasiya qurğuları quraşdırılıb. 1200 metrədək məsafədə daxili şəbəkənin qurulması işləri  həyata keçirilib.

 

İlkin mərhələdə kənddə yeni tikilən 50 evin hamısı, həmçinin məktəb və dövlət əhəmiyyətli obyektlər telefonlaşdırılıb, internetlə təmin olunub.

 

Gələcəkdə yeni tikiləcək bütün evlər və digər obyektlər də müvafiq infrastrukturla – rabitə və telekommunikasiya ilə təmin ediləcək.  

 

“Aztelekom” MMC-nin rəhbərliyinin Cocuq Mərcanlıya bugünkü səfəri çərçivəsində sakinlərdən Hüseynovlar ailəsinin səhhətində olan problemlərə görə məktəbə gedə bilməyən qızına  bilik və bacarıqlarını artırmaq üçün bir ədəd noutbuk, telefon və internətə girişi təmin etmək üçün modem hədiyyə olunub. Ailənin məskunlaşdığı evə telefon və internet çəkilişi də ödənişsiz həyata keçirilib.

 

“Aztelekom” MMC-nin baş direktoru Suat Paşayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına müvafiq olaraq, hazırda Cocuq Mərcanlıda yaşayacaq əhalinin dayanıqlı və fasiləsiz rabitə xidməti ilə təmin olunması üçün görülən işlər yekunlaşıb.

 

“Burada ən son texnologiyalar tətbiq olunmuş avadanlıqlardan istifadə olunub. Hələlik 50 ailə üçün nəzərdə tutulan  elektron ATS-in tutumu  gələcəkdə tikiləcək evlərin sayına uyğun olaraq artırılacaq. Gələcəkdə azad olunacaq digər torpaqlarımızda da, böyük məmnuniyyətlə, müasir rabitə və telekommunikasiya şəbəkəsini qısa zaman ərzində keyfiyyətlə qurmağa hazırıq”- deyə baş direktor qeyd edib.  

 

Cocuq Mərcanlı telekommunikasiya xidmətləri ilə tam təmin olunub

$
0
0

 

 

Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatları nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində məhv edilmiş bütün  infrastrukturun yenidən qurulmasına başlanılıb.    

 

Tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıdaraq rahat və bütün lazımi infrastrukturla təmin olunmuş şəkildə yaşamaları üçün əsaslı işlər davam etdirilir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 yanvar 2017-ci il tarixli “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncamına uyğun olaraq  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən  kəndin telekommunikasiya infrastrukturu yenidən  qurulub.  

 

Belə ki, “Aztelekom” MMC tərəfindən Cocuq Mərcanlı kəndinə 10 km məsafədən optik kabelin  çəkilməsi üçün qazıntı işləri aparılıb, 64 nömrə tutumlu EATS-in tikinti-quraşdırılma işləri yekunlaşıb. İlk dəfə olaraq kənd daxilində telefon kabellərinin  yeraltı çəkilməsi üçün kabel-kanalizasiya qurğuları quraşdırılıb. 1200 metrədək məsafədə daxili şəbəkənin qurulması işləri  həyata keçirilib.

 

İlkin mərhələdə kənddə yeni tikilən 50 evin hamısı, həmçinin məktəb və dövlət əhəmiyyətli obyektlər telefonlaşdırılıb, internetlə təmin olunub.

 

Gələcəkdə yeni tikiləcək bütün evlər və digər obyektlər də müvafiq infrastrukturla – rabitə və telekommunikasiya ilə təmin ediləcək.  

 

“Aztelekom” MMC-nin rəhbərliyinin Cocuq Mərcanlıya bugünkü səfəri çərçivəsində sakinlərdən Hüseynovlar ailəsinin səhhətində olan problemlərə görə məktəbə gedə bilməyən qızına  bilik və bacarıqlarını artırmaq üçün bir ədəd noutbuk, telefon və internətə girişi təmin etmək üçün modem hədiyyə olunub. Ailənin məskunlaşdığı evə telefon və internet çəkilişi də ödənişsiz həyata keçirilib.

 

“Aztelekom” MMC-nin baş direktoru Suat Paşayev bildirib ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  Sərəncamına müvafiq olaraq, hazırda Cocuq Mərcanlıda yaşayacaq əhalinin dayanıqlı və fasiləsiz rabitə xidməti ilə təmin olunması üçün görülən işlər yekunlaşıb.

 

“Burada ən son texnologiyalar tətbiq olunmuş avadanlıqlardan istifadə olunub. Hələlik 50 ailə üçün nəzərdə tutulan  elektron ATS-in tutumu  gələcəkdə tikiləcək evlərin sayına uyğun olaraq artırılacaq. Gələcəkdə azad olunacaq digər torpaqlarımızda da, böyük məmnuniyyətlə, müasir rabitə və telekommunikasiya şəbəkəsini qısa zaman ərzində keyfiyyətlə qurmağa hazırıq”- deyə baş direktor qeyd edib.  

Viewing all 238 articles
Browse latest View live




Latest Images