Quantcast
Channel: 10 Most Recently Updated Pages
Viewing all 238 articles
Browse latest View live

News Title


Abunə haqlarının ödənişi ilə bağlı yenilik

$
0
0

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən “Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, ölkə iqtisadiyyatında şəffaflığın artırılması, maliyyə intizamının gücləndirilməsi və vergitutma bazasının genişləndirilməsi məqsədilə nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması istiqamətində ardıcıl işlər həyata keçirilir. Ölkə iqtisadiyyatının ən dinamik inkişaf edən sektorlarından olan informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində də həyata keçirilən işlər bu tələblərə uyğun olaraq aparılır. 

 

Nağdsız ödənişlərə tələb yaradılması və nağd iqtisadiyyatın azaldılması üzrə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi telefon və internet xidmətləri üzrə aylıq abunə haqları müvafiq poçt şöbələrində və telekommunikasiya qovşaqlarında poçt əməliyyatçıları tərəfindən, eləcə də, onlayn və ödəmə terminalları vasitəsi ilə qəbul ediləcək. Buna səbəb, müvafiq Qanuna uyğun olaraq, poçt şöbələrinin bank-maliyyə xidmətləri göstərmək hüququna malik olmasıdır. İlkin mərhələdə bu proses Bakı şəhərini, daha sonra isə respublikanın digər regionlarını da əhatə edəcək. Vətəndaşlar Bakı şəhərində fəaliyyət göstərən telekommunikasiya qovşaqlarına (ATS) gələrək poçt əməliyyatçılarına abunə haqları ödənişlərini nağd və ya nağdsız şəkildə (POS-terminallarda plastik kartlarla) ödəyə bilərlər.

 

Qeyd edək ki, yaxın vaxtda istifadəyə verilməsi nəzərdə tutulan “Şəbəkə” xidmət mərkəzlərində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bütün  xidmətləri vahid bir mərkəzdən təqdim ediləcək. Bu mərkəzlərdə rabitə və poçt xidmətləri üzrə ödənişlər qəbul ediləcək və özünəxidmət terminalları fəaliyyət göstərəcək. İlk “Şəbəkə” xidmət mərkəzi Üzeyir Hacıbəyov, 36 ünvanında yerləşən 1 saylı poçt filialında istifadəyə veriləcək.

 

Gələcəkdə respublika üzrə bütün rayon mərkəzlərində “Şəbəkə” xidmət mərkəzinin istifadəyə verilməsi planlaşdırılır.

Nazir Sumqayıtda vətəndaşlarla görüşəcək

$
0
0

 

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə  27.01.2017-ci il tarixdə saat    1200-da Sumqayıt şəhərində Abşeron, Qubadlı, Şuşa, Zəngilan rayonları və Sumqayıt şəhərinin sakinlərinə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

 

Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

 

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

 

Sumqayıt şəhərində                 018 6554599

Abşeron rayonunda                 012 3410499

Qubadlı  rayonu üzrə               018 6483392

Şuşa rayonu üzrə                     012 4584688

Zəngilan rayonu üzrə               012 4326166

 

nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni elektron xidmət istifadəyə verdi

$
0
0

 

 

“Elektron hökumət” portalında 36 xidməti ilə təmsil olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Poçt ünvanları - interaktiv xəritə” adlı daha bir elektron xidməti portala inteqrasiya olundu.

 

Bu xidmətdən istifadə etməklə  “Azərpoçt” MMC-nin 1550-dən çox poçt şöbəsinin ünvanlarını, poçt indekslərini, poçtların iş rejimini, poçt məntəqəsinə gedən ən yaxın yolu müəyyən etmək mümkündür.


“Google Map” üzərindən təqdim edilən bu xidmət bir çox funksionallıqları özündə birləşdirir. Xəritə üzərində küçə adına, poçt indeksinə və telefon nömrəsinə görə axtarış etmək  olar. Məsələn, əgər küçə adı üzrə poçt məntəqəsi haqqında məlumat almaq istəyirsinizsə, menyudan “Küçə adına görə” kateqoriyasında müvafiq xanadan lazım olan küçənin adını seçməklə xəritə üzərində açılan  pəncərədə poçt məntəqəsi ilə  bağlı bütün məlumatlarla tanış olmaq mümkündür.

 

Digər 2 kateqoriya -  “poçt indeksinə görə”, “telefon nömrəsinə görə” seçməklə  də eyni formada axtarış etmək olar.

 

Xidmətin funksional imkanları genişdir.

 

"marşrutu göstər"düyməsini seçdikdə lokasiya üzrə poçt məntəqəsinə olan nəqliyyat vasitəsinin hərəkət marşrutu göstərilir.

 

Qeyd edək ki, ötən il  Məlumat Hesablama Mərkəzi  “iOS” və “Android”  əməliyyat sistemində işləyən qurğular üçün "Poçt Ünvanları" adlı, eyni funksiyalı mobil tətbiq də istifadəyə verib.

 

"Poçt Ünvanları" mobil tətbiqini "App Store"   və "Play Store"-da  "Poçt Ünvanları" yazıb axtarış etməklə mobil qurğunuza yükləyə bilərsiniz.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Sumqayıtda vətəndaşlarla görüşüb

$
0
0

 

 

Bu gün rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Sumqayıt şəhərində vətəndaşlarla görüşüb.

 

Nazir Abşeron, Qubadlı, Şuşa, Zəngilan rayonları və Sumqayıt şəhərindən olan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edib.

 

Vətəndaşların müraciətləri, əsasən, telekommunikasiya, internet, poçt xidmətləri, işə qəbul və digər məsələləri əhatə edib.

 

Görüşdə nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər də qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

 

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.

 

Nazir R.Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

 

Regional səfər çərçivəsində nazir Ramin Quluzadə aidiyyəti rayonların Telekommunikasiya qovşaqlarının və Poçt filiallarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.

 

Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə sahə üzrə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.

 

Toplantıda nazir Ramin Quluzadə müvafiq sahə rəhbərlərinə xidmət keyfiyyətinin yüksəldilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması, hər bir vətəndaş müraciətinə  fərdi və həssaslıqla yanaşılması  barədə tapşırıqlar verib.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Tərtərdə vətəndaşlarla görüşüb

$
0
0

 

 

Bu gün rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Tərtər şəhərində vətəndaşlarla görüşüb.



Nazir Tərtər, Ağdam, Bərdə, Xocalı rayonlarında və Yevlax şəhərində yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edib.



Vətəndaşların müraciətləri əsasən, telekommunikasiya, internet, poçt xidmətləri, işə qəbul və digər məsələləri əhatə edib.



Görüşdə nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər də qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq.



Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.



Nazir R.Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.



Regional səfər çərçivəsində nazir Ramin Quluzadə aidiyyəti rayonların Telekommunikasiya qovşaqlarının və Poçt filiallarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.



Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə sahə üzrə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.



Toplantıda nazir Ramin Quluzadə müvafiq sahə rəhbərlərinə işlərində ciddi dönüş yaradılması ilə bağlı tapşırıqlar verib.

Nazir Şirvanda vətəndaşlarla görüşəcək

$
0
0

 

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə  10.02.2017-ci il tarixdə saat  1200-da Şirvan şəhərində Hacıqabul, Sabirabad, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinlərinə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

 

Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

 

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

 

Şirvan şəhərində                      021 2151515

Haçıqabul rayonunda              021 2043101

Sabirabad  rayonunda             021 2355082

Saatlı rayonunda                      021 2852126

 

nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Bakıda “Açıq hökumət məlumatları” mövzusunda konfrans keçirilib

$
0
0

 

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) təşkilatçılığı ilə Bakıda “Açıq hökumət məlumatları” mövzusunda konfrans keçirilib.

 

60-dək dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə “Elektron hökumət” quruculuğunda yeni bir inkişaf mərhələsi sayılan açıq məlumatlar -  “www.data.gov.az” haqda təqdimatlar keçirilib, müzakirələr aparılıb.

 

“Elektron hökumət” portalının tərkib hissəsi kimi, 2015-ci ildə RYTN-in Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən yaradılan “www.data.gov.az” portalı dövlət orqanlarının məlumatlar toplusuna və əlavə vasitələrə giriş əldə etmək üçün informasiyaları özündə əks etdirir.

 

Portal vasitəsi ilə istifadəçilər dövlət orqanları tərəfindən yaradılan məlumatlar toplusunu asanlıqla tapa, yükləyə və istifadə edə bilərlər. Mövcud qanunvericiliyə uyğun olaraq təqdim edilən açıq məlumatlar müntəzəm şəkildə yenilənir və təkmilləşdirilir.

 

“www.data.gov.az” portalının əsas məqsədi məlumatların istifadəsi, onların əsasında veb və mobil əlavələrin yaradılması vasitəsilə cəmiyyətə dövlətin idarə edilməsində iştirak etmək imkanının yaradılmasıdır. Eyni zamanda açıq dövlət məlumatlarına rahat giriş imkanı, əlavə dəyərin yaradılması, innovativ ideyaların stimullaşdırılması, təhlil və tədqiqatların asanlaşdırılması, hökumət işinin şəffaflığı və dövlət orqanlarının fəaliyyətinin effektliyinin və səmərəliliyinin artırılması da əsas məqsədlərdəndir.

 

Konfransda çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə artıq bir neçə ildir ki, bu istiqamətdə ardıcıl siyasətin həyata keçirildiyini qeyd edib.

 

Portalda məlumatların yerləşdirilməsi ilə bağlı vacib məqamlara da toxunan E.Vəlizadə bu prosesin sərbəstlik, məlumatların tamlığı, ilkin mənbədən alınması, qeyri-müstəsnalıq və s. kimi əsas prinsiplərə əsaslandığını vurğulayıb.

 

MHM-in direktoru Elnar Əsədov isə “Açıq hökumət məlumatları portalı” adlı təqdimatla çıxış edərək, portalın dayanıqlı, təhlükəsiz və standartlara uyğun təşkil edildiyini bildirib. E.Əsədov hazırda portalda 25 adda məlumat, o cümlədən Mədəniyyət və Turizm Nazirliyinin 8, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 7, Səhiyyə Nazirliyinin 4,  Ədliyyə Nazirliyinin 1, Dövlət Gömrük Komitəsinin 4, “Azərsu”nun isə 1 açıq məlumatının yerləşdirildiyini vurğulayıb.

 

Gələcək planlardan söz açan E.Əsədov buraya hüquqi, texniki və normativ aktların təkmilləşdirilməsi; dövlət və qeyri-dövlət qurumları tərəfindən açıq məlumatların “data.gov.az” portalına inteqrasiyası; Açıq Hökumət məlumatlarının iqtisadiyyata təsirinin artırılması məqsədilə startapların və sahibkarların fəaliyyətinin stimullaşdırılması; dövlət və qeyri-dövlət qurumları tərəfindən açıq məlumatların təbliğ və təşviqinin gücləndirilməsi kimi hədəflərin daxil olduğunu deyib.

 

Daha sonra Rəqəmsal Avstriya Platformasının xüsusi nümayəndəsi Kristian Rup

Avstriya hökumətinin açıq hökumət məlumatları sahəsindəki təcrübəsindən danışıb.

 

Ekspert qeyd edib ki, açıq məlumatların vahid məkanda cəmləşməsi onların asan istifadəsinə yol açır, eyni zamanda bu prosesin davamlı aparılması son olaraq, ölkələrin nüfuz və reytinqinə əsaslı şəkildə təsir göstərir.

 

Azərbaycanlı həmkarlarına tövsiyəsini də çatdıran Kristian Rup qeyd edib ki, portala daha çox maraq dairələrinin cəlb olunması istiqamətində işlər aparılmalıdır.

 

Həmçinin, konfransda bildirilib ki, zəruri məlumatlar istifadəçi üçün tam açıq edildikdən sonra dövlət xərclərinə qənaət, sahibkarlığa dəstəyin artırılması, idarəetmədə şəffaflığın təmin edilməsi, startapların stimullaşdırılması, elektron xidmətlərin sayının artması, eləcə də, BMT-nin “Elektron Hökumətin İnkişaf İndeksi” və “Elektron İştirak İndeksi” hesabatlarında ölkəmizin reytinqinin yüksəlməsi kimi müsbət nəticələr əldə olunacaq.

 

 

Konfrans, iştirakçıları maraqlandıran sualların cavablandırılması və müzakirələrlə yekunlaşıb. 


İlham Əliyev Bakıdakı 1 saylı poçt filialında yeni xidmət mərkəzinin açılışında iştirak edib

$
0
0

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsaslı şəkildə yenidən qurulan 1 saylı poçt filialının yeni xidmət mərkəzinin açılışı olub.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

 

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına yeni xidmət mərkəzi barədə məlumat verdi. Bildirildi ki, nazirliyin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər poçt və telekommunikasiya binalarında yaradılan yeni xidmət mərkəzlərində təqdim ediləcək. “Şəbəkə” adlanan ilk xidmət mərkəzi Üzeyir Hacıbəyli 36 ünvanında yerləşən 1 saylı poçt filialında istifadəyə verilib. Sahəsi 500 kvadratmetrdən çox olan mərkəz müasir standartlara uyğun əsaslı təmir olunub.

 

Dövlət başçısının diqqətinə çatdırıldı ki, “Şəbəkə” mərkəzlərində istifadə olunan bütün proqram təminatı yerli mütəxəssislər tərəfindən hazırlanıb və müasir standartlara uyğundur. Mərkəzdə müştərilər xüsusi özünəxidmət terminalından da istifadə edə bilərlər. Burada son texnoloji tələblərə uyğun avadanlıq – müasir lazer printerlər, monoblok kompüterlər, özünəxidmət köşkləri, valyuta mübadiləsi və ödəmə terminalları, bankomatlar, bank sistemində tətbiq olunan ən müasir növbə aparatı, tam yenilənmiş abunə qutuları quraşdırılıb, müasir tələblərə cavab verən çeşidləmə otağı yaradılıb. “Şəbəkə” xidmət mərkəzlərində bütün növ telekommunikasiya və poçt, bank və maliyyə xidmətlərinin təşkili də nəzərdə tutulub. Vətəndaşlar telefon çəkilişi, internetə qoşulma, bütün növ rabitə xidmətlərinin ödənişi, mobil cihazların IMEI qeydiyyatı, elektron hökumət xidmətlərindən yararlanmaq, elektron imza, valyuta mübadiləsi və aviabiletlərin alınması üçün bu mərkəzə müraciət edə bilərlər. Xidmətlərin vahid məkanda cəmlənməsi vətəndaşların vaxt itkisini aradan qaldırmağa və nağdsız ödənişlərə imkan yaradıb.

 

Dövlət başçısına və xanımına mərkəzdəki e-GovPay ödəmə sistemi barədə də məlumat verildi. Qeyd olundu ki, bu sistem vasitəsilə hazırda kommunal xərclər və digər ödənişlər mümkündür. Yaxın gələcəkdə isə həmin sistem vasitəsilə dövlət rüsumları da ödəniləcək. “Şəbəkə” xidmət mərkəzlərinin yaradılmasında əsas məqsəd əhaliyə mərkəzləşdirilmiş qaydada yüksək standartlara uyğun xidmət göstərməkdir. Burada işçi heyəti üçün treninqlər də keçirilir. İşə 60 nəfərdən çox əməkdaş cəlb olunub. Bildirildi ki, Bakı şəhərində ilkin mərhələdə 10 belə xidmət mərkəzinin açılması nəzərdə tutulur. Hazırda Xəzər, Yasamal və Binəqədi rayonlarında “Şəbəkə” xidmət mərkəzlərinin açılması üçün təmir-tikinti işləri aparılır və yaxın zamanlarda onların istifadəyə verilməsi gözlənilir. Gələcəkdə respublikamızın regionlarında da “Şəbəkə” xidmət mərkəzlərinin istifadəyə verilməsi planlaşdırılır.

 

Mərkəzdəki “elektron imza” və “elektron hökumət” portalı ilə bağlı həyata keçirilən yeniliklər barədə də ətraflı məlumat verildi. Qeyd olundu ki, müxtəlif ölkələrə səyahətə və istirahətə gedənlər də buradan sərfəli qiymətə aviabiletlər əldə edə bilərlər. Bu mərkəzlərdə vətəndaşlara fasiləsiz olaraq həftənin bütün günlərində səhər saat 9-dan axşam saat 8-dək xidmət göstəriləcək.

 

Yeni xidmət mərkəzi ilə tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Şirvanda vətəndaşlarla görüşüb

$
0
0

 

 

Bu gün Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Şirvanda şəhərində vətəndaşlarla görüşüb.

 

Hacıqabul, Sabirabad, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinlərini qəbul edən nazir vətəndaşların telekommunikasiya, internet, poçt, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı şikayət və təkliflərini dinləyib, müraciətlərinə baxıb. Vətəndaşların müraciətləri, əsasən, telekommunikasiya, internet, poçt xidmətləri, işə qəbul və digər məsələləri əhatə edib.

 

Hər bir sakinin probleminə diqqətlə yanaşan nazir Ramin Quluzadə vətəndaşların müraciətlərinin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin həlli barədə nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşların müxtəlif təklifləri qeydə alınıb, şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

 

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.

 

Görüşdə nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

 

Regional səfər çərçivəsində nazir Ramin Quluzadə aidiyyəti rayonların Telekommunikasiya qovşaqlarının və Poçt filiallarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.

 

Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.

 

Toplantıda nazir Ramin Quluzadə müvafiq sahə rəhbərlərinə xidmət keyfiyyətinin yüksəldilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması, hər bir vətəndaş müraciətinə  fərdi və həssaslıqla yanaşılması  barədə tapşırıqlar verib.

Azərbaycan Prezidentinin Sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb

$
0
0

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb. Dövlətimizin başçısının digər Sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

 

AZƏRTAC xəbər verir ki, Sərəncam Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində dövlət siyasətini və tənzimlənməsini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəliliyi artırmaq məqsədilə imzalanıb.

 

Sərəncama əsasən Nazirlər Kabineti Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb Prezidentə təqdim edəcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar Prezidentin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflər iki ay müddətində hazırlanıb dövlət başçısına təqdim olunacaq. Həmçinin Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılması üç ay müddətində təmin edilib Prezidentə məlumat veriləcək.

 

Bundan başqa, Sərəncama əsasən Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat verməlidir. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

İtirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılması üzrə “Poçtap” xidməti istifadəyə verildi

$
0
0

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC tərəfindən reallaşdırılan yeni sosial layihə çərçivəsində “Poçtap” xidməti istifadəyə verilib. “Poçtap” itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edir.

 

Bu xidmət çərçivəsində tapılmış sənədlər aidiyyatı üzrə poçt müəssisələri tərəfindən qəbul olunur, sahibləri axtarılır, tapıldığı halda sənədlər sahiblərinə, əks təqdirdə aidiyyatı orqana təslim edilir. Belə ki, istənilən şəxs təsadüfən tapdığı sənədi istənilən poçt qutusuna ata və ya istənilən poçt şöbəsinə, eləcə də “Şəbəkə” xidmət mərkəzlərinə anonimliyini qorumaq şərti ilə təhvil verə  bilər. Poçta daxil olmuş sənəd müvafiq proqramda qeydiyyata alınmaqla avtomatik şəkildə sənəd sahibinin əlaqə məlumatları axtarılır və tapıldığı təqdirdə telefon mərkəzi əməkdaşı tərəfindən həmin şəxslə əlaqə yaradılır. 

 

Eyni zamanda, sənədini itirmiş şəxs “Poçtap” xidmətinin rəsmi internet səhifəsindən - http://www.pochtap.az, “169” saylı telefon mərkəzindən və ya istənilən poçt şöbəsindən sənədinin tapılıb-tapılmamasını öyrənə bilər və tapılmadığı təqdirdə itirilən sənədi axtarışa verə bilər.

 

Belə ki, http://www.pochtap.az internet səhifəsində “Sənədimi itirmişəm” bölməsini seçməklə müvafiq xanalara zəruri məlumatları daxil edərək, itirilən sənəd barədə elan yerləşdirmək mümkündür. 

 

 

Bundan başqa, itirilən sənədlə bağlı “Poçtap” xidmətinin bazasında məlumatın olması, sənədin hazırki statusu, hansı poçt filialı və şöbəsində olması, saxlama müddəti ilə bağlı məlumat almaq üçün “Axtar” bölməsinə müvafiq məlumatları daxil edərək, axtarış etmək mümkündür. 

 

 

Sənədi  tapılan şəxs onu sənədinin mövcud olduğu filialdan əldə edə və ya telefon mərkəzinə müraciət edərək özünə yaxın poçt şöbəsinə çatdırılmasını sifariş edə bilər. Sənədin poçt müəssisələrində saxlanılma müddəti 10 gündür. Sənədin sahibinin xahişi ilə bu müddət 1 ayadək uzadıla bilər.

 

Qeyd edək ki, “Poçtap” xidməti çərçivəsində sənədi tapılan şəxslər 1.80 AZN xidmət haqqı ödəyərək sənədi poçt şöbələrindən və “Şəbəkə” xidmət mərkəzlərindən təhvil ala bilər. Sənədin lazımi ünvana çatdırılması lazım gəldikdə isə, çatdırılma rüsumu “Azərekspresspoçt”un xidmət tariflərinə uyğun hesablanır. 

Nazir İmişlidə vətəndaşları qəbul edəcək

$
0
0

 

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 10.03.2017-ci il tarixində saat 1400da İmişlidə İmişli, Ağcabədi, Beyləqan, Zərdab, Füzuli, Laçın və Xocavənd rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

 

Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

 

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

 

İmişli rayonunda                      021 2464366

Ağcabədi rayonunda               021 2755299

Beyləqan  rayonunda              021 2253233

Zərdab rayonunda                   020 2964299

Füzuli rayonunda                     026 3155160

Laçın  rayonu üzrə                   021 2778202

Xocavənd rayonu üzrə            021 2235448

 

 

 

nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İmişlidə vətəndaşlarla görüşüb

$
0
0

 

 

Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İmişlidə vətəndaşlarla görüşüb.

 

Nazir İmişli, Ağcabədi, Beyləqan, Zərdab, Füzuli, Laçın və Xocavənd rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı), poçt xidmətləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edib.

 

Vətəndaşların müraciətləri, əsasən, telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, işə qəbul və digər məsələləri əhatə edib.

 

Görüşdə nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər də qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

 

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.

 

Nazir R.Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

 

Regional səfər çərçivəsində nazir Ramin Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqlarının və poçt filiallarının, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.

 

Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə sahə üzrə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.

 

Toplantıda nazir Ramin Quluzadə müvafiq sahə rəhbərlərinə xidmət keyfiyyətinin yüksəldilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması, hər bir vətəndaş müraciətinə  fərdi və həssaslıqla yanaşılması  barədə tapşırıqlar verib.

Bayram günlərində əhali fasiləsiz nəqliyyat və telekommunikasiya xidmətləri ilə təmin ediləcək

$
0
0

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Novruz bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.

 

Bayram ərəfəsində və bayram günlərində sabit telefonların fasiləsiz işinin təmin edilməsi məqsədi ilə rabitə xidmətləri borclarına və digər səbəblərə görə telefonların şəbəkədən açılmaması, eləcə də daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq, operativ tədbir görülməsi nəzərdə tutulur.

 

Bayram günlərində məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrinin iş rejiminin tənzimləyici qrafik üzrə qurulması, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlər görüləcəkdir.

 

Şəhərlərarası nəqliyyat gücləndirilmiş iş rejimində çalışacaq. Eyni zamanda, Bakı Beynəlxalq Avtovağzalının bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyəti təmin ediləcək. Sərnişin sıxlığını nəzərə alaraq, lazımi sayda əlavə avtobus xəttə buraxılacaq.

 

Vətəndaşlardan rastlaşdıqları istənilən problemlə bağlı “1655” saylı “Qaynar Xətt”lə əlaqə saxlamaları xahiş olunur.


Bayram günlərində əhali fasiləsiz nəqliyyat və telekommunikasiya xidmətləri ilə təmin ediləcək

$
0
0

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Novruz bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.

 

Bayram ərəfəsində və bayram günlərində sabit telefonların fasiləsiz işinin təmin edilməsi məqsədi ilə rabitə xidmətləri borclarına və digər səbəblərə görə telefonların şəbəkədən açılmaması, eləcə də daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq, operativ tədbir görülməsi nəzərdə tutulur.

 

Bayram günlərində məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrinin iş rejiminin tənzimləyici qrafik üzrə qurulması, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlər görüləcək.

 

Şəhərlərarası nəqliyyat gücləndirilmiş iş rejimində çalışacaq. Eyni zamanda, Bakı Beynəlxalq Avtovağzalının bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyəti təmin ediləcək. Sərnişin sıxlığını nəzərə alaraq, lazımi sayda əlavə avtobus xəttə buraxılacaq.

 

Vətəndaşlardan rastlaşdıqları istənilən problemlə bağlı “1655” saylı “Qaynar Xətt”lə əlaqə saxlamaları xahiş olunur.

Dənizkənarı Milli Park ərazisində "İctimai internet"şəbəkəsi istifadəyə verilib

$
0
0

 

Bu gün Dənizkənarı Milli Park ərazisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən həyata keçirilən əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan “İctimai internet” şəbəkəsinin açılışı oldu. Artıq bu gündən etibarən paytaxt sakinləri və şəhərimizin qonaqları Dənizkənarı Milli Park və Dövlət Bayraq Meydanı ərazilərində pulsuz internetdən uğurla istifadə edə bilərlər.

 

Dənizkənarı Milli Park və Dövlət Bayraq Meydanı ərazilərinin ictimai internetlə təchiz olunması üçün Çinin “Huawei” şirkətinin avadanlıqları (Access Point) quraşdırılıb. Sözügedən ərazi üzrə 122 qoşulma nöqtəsi mövcuddur ki, bu da təxminən 8 minədək insanın eyni anda internetə çıxışını təmin edir. Tezliklə Dənizkənarı Milli Parkın “Ağ Şəhər” ərazisi də “İctimai İnternet” şəbəkəsinin əhatə dairəsinə daxil ediləcək.

 

Layihə çərçivəsində bir sıra təhlükəsizlik tədbirləri görülüb, eləcə də, risklər nəzərə alınaraq proqram təminatı və şəbəkə yerli və beynəlxalq mütəxəssislər tərəfindən test edilib.

 

Bundan başqa, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi də pulsuz internetlə təchiz edilib. Çinin “ZTE” şirkətinə məxsus avadanlıqlarla burada 33 qoşulma nöqtəsi yaradılıb ki, bu da 2 mindən çox insana xidmət imkanı verir. 

 

Qeyd edək ki, xüsusi yanaşma tələb edən memarlıq abidələrinin ərazilərində işlər mütəxəssis nəzarəti altında dizayna xələl gətirməmək şərti ilə xüsusi həssaslıqla görülüb.

 

Layihənin icrası zamanı dünya təcrübəsi nəzərə alınıb. Şəbəkənin səmərəli paylanmasını və təhlükəsizlik tədbirlərini nəzərə alaraq sürət həddi və saat limiti də beynəlxalq standartlara əsasən müəyyənləşdirilib. 

 

İlin sonuna qədər bir sıra parkların da pulsuz internetlə təmin edilməsi nəzərdə tutulur. Bundan başqa, Heydər Əliyev Mərkəzinin parkında da bu istiqamətdə işlər həyata keçiriləcək.

Bakıda “Açıq İnnovasiyalar üzrə Startap Turu” keçiriləcək

$
0
0

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Rusiya Federasiyasının “Skolkovo” Fondunun təşkilatçılığı ilə Bakıda 17-18 aprel 2017-ci il tarixində “Open Innovations Startup Tour” (Açıq İnnovasiyalar üzrə Startap Turu) çərçivəsində ilk dəfə tədbir keçiriləcək.


Bu tur artıq 4 ildir keçirilir, Rusiya,  eləcə də, MDB məkanında texnoloji mədəniyyətin populyarlaşdırılması və perspektivli layihələrin müəyyənləşdirilməsi üzrə irimiqyaslı tədbir hesab edilir. Cari ildə bu turun 14 şəhərdə, o cümlədən Bakıda keçirilməsi planlaşdırılıb . Tədbirin əsas məqsədi yüksək texnologiyalar sahəsində perspektivli və innovativ layihələrin həyata keçirilməsinə dəstək verməkdir.

 

Tədbirdə Rusiyadan “Skolkovo” texnoparkının nümayəndələri, startaplar, biznes qurumlarının təmsilçiləri iştirak edəcək . Startap turu çərçivəsində qlobal tendensiyalar və beynəlxalq təcrübələr haqqında maarifləndirmə sessiyaları, sahibkarların şəxsi və peşəkar keyfiyyətlərinin inkişafı üçün treninqlər və yerli startaplar üçün müsabiqə keçiriləcək . Müsabiqədə iştirak edəcək layihələr üçün biotibb, informasiya texnologiyaları və sənaye istiqamətləri əsas hesab edilir. Həmçinin, xarici layihələrin Azərbaycan bazarına tanıtımını təmin etmək məqsədilə tədbir çərçivəsində “Demo Günlər”in keçirilməsi planlaşdırılır.  

 

Tədbir startapçılar, biznes nümayəndələri üçün əlaqələrin yaradılması, təcrübə mübadiləsi üçün əlverişli platformadır.

 

Tədbirdə iştirak üçün aprelin 10-dək https://startup-tour.ru/register/ruünvanında qeydiyyatdan keçilməlidir. Müsabiqədə iştirak etmək istəyən startapçılar https://startup-tour.ru/ru/page/competitionünvanında qeydiyyatdan keçərək"Mən müsabiqədə iştirak etmək istəyirəm" seçimini edib, ərizə formasını dolduraraq şəxsi kabinet bölməsində layihə təqdimatlarını yükləməlidirlər. 

 

Müsabiqədə 1-ci yeri tutan qalib mükafatla yanaşı, “Skolkovo” Texnoparkında təşkil olunacaq texnoloji sahibkarlar üçün “Startup Village” startap-konfransında iştirak hüququ əldə edəcək, 2 və 3-cü yerləri tutan qaliblər isə digər mükafatlara layiq görüləcəklər.

 

Qeydiyyat üçün son gün – 10 aprel 2017-ci ildir.

 

Tədbir roud-şou formatında Bakı Biznes Mərkəzində (Neftçilər prospekti, 44) keçiriləcək . 

 

Tədbirin təşkilatçıları Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Rusiyanın "Skolkovo" Texnoparkı, Vəsaitlərin İnkişafı Dövlət Fondu (RVK), Rusiya və Şərqi Avropada nəhəng startap akseleratoru olan “GenerationS” layihəsi, İnnovasiyaların Təşviqetmə Fondu (Фонд содействия инновациям) və Rusiyada yüksək texnologiyalar , nanotexnologiya sənayesi üzrə layihələrin inkişafı sahəsində dövlət siyasətini həyata keçirən “ RosNano” ASC-dir.

 

Partnyorlar və sponsor qismində “Tatneft”, “SAP”, “ AlRosa”, “Kaspersky lab”, “I ntel”, “Astrazeneca” şirkətləri çıxış edir.

 

Tədbirlə bağlı məlumatlar mütəmadi olaraq https://startup-tour.ru saytında yerləşdiriləcək. 

Nazir Masallıda vətəndaşlarla aprelin 14-də görüşəcək

$
0
0

 

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Masallı şəhərində aprelin 7-nə nəzərdə tutulan qəbulunun vaxtı 14.04.2017-ci il tarixinə dəyişdirilmişdir. Həmin tarixdə saat 1230da nazirRamin Quluzadə Masallı şəhərində Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (telefon, internet, televiziya və radio yayımı), poçt xidmətləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

 

Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

 

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

 

Masallı rayonunda                   025 2153004

Lənkəran rayonunda               025 2554527

Astara  rayonunda                   025 2254242

Lerik rayonunda                       025 2746088

Yardımlı rayonunda                 025 2061055

 

nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Bakıda Azərbaycan-Estoniya Ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 3-cü iclası keçirilib

$
0
0

 

 

Cari ilin 6-7 aprel tarixlərində Bakıda Azərbaycan ilə Estoniya arasında Ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 3-cü iclası keçirilib.

 

Azərbaycan Respublikası tərəfindən komissiyaya nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Estoniya Respublikası tərəfindən isə Estoniya Respublikasının dövlət idarəçiliyi naziri Mixail Korb rəhbərlik edir.

 

Hər iki tərəfdən nümayəndə heyətlərinin tərkibinə müxtəlif dövlət qurumlarının təmsilçiləri daxildir.

 

İclasda sənaye və energetika, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları (İKT), maliyyə, gömrük, vergi, kənd təsərrüfatı, ətraf mühit, gənclər siyasəti, təhsil və elmi tədqiqatlar, sosial təminat və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

 

Hökumətlərarası komissiyanın iclası iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə yönəlib.

 

Sonda iclasın yekunlarına dair protokol imzalanıb.

 

Komissiyanın iclası çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) təşkilatçılığı ilə Biznes Forum keçirilib.

 

Biznes forumda hər iki ölkənin sahibkarları arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri barədə müzakirələr aparılıb, yeni biznes əlaqələri qurulub.

 

Qeyd edək ki, Estoniya Respublikasının dövlət idarəçiliyi naziri Mixail Korbun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində müxtəlif dövlət qurumlarında görüşlər keçirilib, ali dövlət rəsmiləri ilə müzakirələr aparılıb.

Viewing all 238 articles
Browse latest View live




Latest Images